Sərnişin avtobuslarında yenilik - İlk dəfə - VİDEO

Regional şöbədə mətbuat nümayəndələrinin və marşrut sahiblərinin iştirakı ilə avtobuslarda QR Code tətbiqi ilə bağlı təqdimat mərasimi keçirilib. Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Sumqayıt regional şöbəsinin Mətbuat katibi Səidə Bəkirqızı bildirib ki, bu yenilik nəinki Azərbaycanda, hətta MDB-də bir ilkdir: "Sumqayıtda fəaliyyət göstərən şəhərdaxili marşrutların (1dən – 35-ə qədər) hamısında QR Code quraşdılacaq. QR Code hazırda ən geniş və sürətlə yayılan informasiya daşıyıcı növüdür. Əgər sürücü iş zamanı sərnişinlərlə kobud rəftar edərsə, mobil telefonla danışarsa, siqaret çəkərsə, avtomobili yüksək surətlə idarə edərsə dərhal məlumat mərkəzinə informasiya gondəriləcək. Məlumat mərkəzində daxil olan informasiya təhlil ediləcək və müvafiq tədbirlər həyata keçiriləcək. Əgər bir marşrut xəttindən çoxsaylı şikayətlər olarsa, həmin marşrutun lisensiziyası ləğv ediləcək və xəttə başqa sahibkara veriləcək.”
Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Sumqayıt regional şöbəsinin rəisi Anar Səfərli isə çıxışında Sumqayıtın nəqliyyat sisteminin daha da yaxşılaşdırılması istiqamətində vacib tədbirlərin həyata keçiriləcəyindən danışıb. A. Səfərli qeyd edib ki, yeniliyin yaxın müddətdə tətbiqinə başlanılacaq.
Proqramın əsas mahiyyəti barəsində danışan layihə rəhbəri Ziya Əsgərov bildirib ki, QR Code marşrut avtobuslarının sərnişinlərin görə biləcəyi bir hissəsinə yapışdırılacaq: "Proqram Android tipli telefonlar tərəfindən dəstəklənir. Bu proqramda sürücülər haqqında geniş informası bazası formalaşdırılacaq. Sərnişinlər mobil tətbiqetməni telefonlarına yükləyəcək. Əgər sürücü hansısa neqativ hallara yol verərsə, sərnişin telefonunu marşrutda yapışdırılan QR Code istiqamətinə yönləndirəcək. Belə olduğu təqdirdə sərnişinin telefonunda avtomatik proqram açılacaq. Şikayətçi adını, soyadını, əlaqə telefonunu və şikayətin məzmunu haqqında informasiyanı əlavə edib məlumat mərkəzinə ötürəcək. Bu informasiya avtomatik məlumat mərkəzinə daxil olacaq. Məlumat Mərkəzində sürücü haqqında informasiya bazasına baxılacaq. Və problemin dərhal aradan qaldırılması istiqamətində əməli tədbirlər həyata keçiriləcək. Bunula yanaşı, gələcəkdə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Sumqayıt regional şöbəsinin veb səhifəsi də yaradılacaq ki, bu informasiya resursunda sərnişinin dərhal şikayəti yerləşdiriləcək və müvafiq tədbirin görülməsi haqqında ona məlumat veriləcək.”
Layihə rəhbəri müraciət edilərsə Bakıda və digər regionlarda da bu yeniliyin tətbiq edilməsinin mümkünlüyünü vurğulayıb.
xeberle.com
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq




















