Sərnişinlər Gəncəyə ikimərtəbəli qatarlarda gedəcəklər - VIDEO

Yaxın gələcəkdə Gəncə istiqamətində dəmir yolunda sərnişindaşımada iki mərtəbəli qatarlardan istifadə olunacaq. Avtosfer.az xəbər verir ki, bu barədə trend-ə açıqlamasında "Azərbaycan Dəmir Yollları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov deyib.
Onun sözlərinə görə, hazırda bununla bağlı layihə hazırlanır: "Yeni icra olunacaq layihələr çərçivəsində ikimərtəbəli qatarların Gəncə istiqamətində dəmir yolunda sərnişindaşımada xəttə buraxılması da var. Amma bu məsələyə Bakı-Sumqayıt qatar xətti işə salınandan sonra baxılacaq. Hazırda diqqət Bakı-Sumqayıt qatar xəttinin işə salınmasına yönəlib. Məqsədimiz odur ki, yeni tədris ilindən etibarən bu iş yekunlaşsın və insanlar mənzil başına daha rahat çata bilsinlər".
Qeyd edək ki, Bakı-Xırdalan-Sumqayıt sərnişin sahəsində 63 km uzunluğunda dəmir yolunun əsaslı təmir işlərinə 3 mart 2015-ci ildə start verilib və işlər artıq yekunlaşmaq üzrədir. Sentyabrın 15-də işə düşəcək yeni dəmir yolu xəttində istifadə üçün Azərbaycana KİSS markalı 2 iki mərtəbəli elektrik qatarı gətirilib. Daha 3 elektrik qatarı ısə bu ilin sonuna kimi gətirilərək xəttə buraxılacaq.
İsveçrənin "Stadler Rail Group" şirkətinin istehsalı olan KİSS markalı ikimərtəbəli elektrik qatarının ümumi sərnişin tutumu 919 nəfərdir. Bütün müasir tələblərə cavab verən yeni qatarlarda sərnişinlərin rahatlığı üçün hər bir şərait yaradılıb.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












