Sərnişinlərə şad, sürücülərə bəd xəbər - VİDEO

Sərnişindaşımada qayda-qanunu pozanlar həm dövlət yol polisi, həm də nəqliyyat nazirliyi əməkdaşları ilə qarşılaşmalı olacaq. Özü də sərt bir şəkildə. Bununla bağlı növbəti addımlar atılmaqdadır. Avtosfer.az-ın ans-ə istinadən məlumatına görə, sərnişindaşıma qaydalarını kobud şəkildə pozub vətəndaşların həyatını təhlükəyə ataraq əlavə qazanc əldə etmək istəyən sürücülərə Baş Dövlət Yol Polisi İdarəsindən sərt xəbərdarlıq olunub. İstər minik avtomobillərdə, istərsə də avtobuslarda nəzərdə tutulduğundan çox sərnişinin daşınması qayda pozuntusudur. Minik avtomobillərdə bu qayda pozunutusuna yol verənlər 60 manat pul və 3 cərimə balı ilə cəzalandırılır.
“Asayişin qorunası, yol hərəkətində təhlükəsizliyin təmin edilməsilə bağlı polisin bütün qüvvələri hazırda iş başındadır. Məqsədimiz hər bir hərəkət iştirakçısının mənzil başına sağ-salamat çatmasını təmin etməkdir”, – deyə Baş Dövlət Yol Polisinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov bildirib.
Minik avtomobil sürücüləri kimi avtobus sürücüləri də bu qaydaları pozduqda məsuliyyətə cəlb olunacaqlar. Belə ki, avtobuslarda nəzərdə tutulan oturacaqların sayından artıq sərnişindaşınmaya görə sürücülərə eyni cərimə tətbiq olunur.
Əgər hər hansı bir sürücü avtobusda nəzərdə tutulmayan əlavə oturacaq və avdanlığı qanunsuz yerləşdirərsə, həmin nəqliyyat vasitəsi 150 manat məbləğində cərimələnir.
Elə Nəqliyyat Nazirliyi tərəfindən də idarə etdiyi avtobusu həddən artıq sərnişinlə yükləyən, yol hərəkət qaydlarını pozan sürücülərə qarşı mübarizə tədbirləri aparılır.
Nəqliyyat nazirliyi mətbuat xidmətinin rəhbəri Namiq Həsənovun sözlərinə görə, Dövlət Avtomobil Nəqliyyat Xidməti reydlərin sayını artıracaq: “Eyni zamanda Dövlət Yol Polisi əməkdaşları da bu işə cəlb olunacaq. Reydlər nəticəsində hansı sahibkarın xəttində təkrar qanun pozuntusu aşkarlanarsa, birmənalı olaraq onunla bağlanan müqaviləyə xitam veriləcək. Biz dəfələrlə bunu bəyan etmişik. Hazırda sahibkarların sayı xeyli miqdarda azalıb. Artıq 30-35 sahibkar qalıb. Biz bu işlərə başlayanda 210 sahibkar var idi”.
Qeyd edim ki, artıq bu kimi qayda pozuntularına yol verən 100-dən çox sürücü işdən kənarlaşdırılıb.
“Xaliq Faiqoğlu” 77 saylı xəttin avtobuslarını yenilədi - VİDEO
Murovdağ tuneli Azərbaycanın nəqliyyat xəritəsini dəyişəcək – EKSPERT
Bulvarda elektrikli faytonlarla gəzintilər təşkil olunur - Qiyməti 40 manatdır - VİDEO
Bakının bu küçəsində hərəkət qaydası dəyişdi - Sürücülərin DİQQƏTİNƏ - VİDEO
“Koroğlu” istiqamətində cərimələnə bilərsiz - Sürücülərin diqqətinə! - VİDEO
“Koroğlu”da yeni hərəkət zolağı yaradılır - FOTO
Qaydaları pozan taksi sürücüləri DRONLARLA İZLƏNİLİR - Qəfil yoxlamalar keçirilir
Taksilərlə bağlı YENİLİK - ARTIQ BU CÜR OLACAQ
Sürücülərin diqqətinə! - Qayda dəyişdi; bundan sonra belə olacaq
Bakıda tıxacları azaldacaq YENİ AVTOMOBİL YOLU çəkilir - VİDEO
“Nərimanov”da avtobuslar üçün mübadilə mərkəzi yaradılır - FOTOLAR










