Sərxoş sürücülərə qarşı yeni addım - VİDEO

Sərxoş sürücülərin yollarda vəziyyəti faciəli etməməsi üçün də müəyyən addımlar atılır. Sürücülərin sərxoş vəziyyətdə sükan arxasına oturmamalar üçün yeni maarifləndirici addım atılıb. Bu da onların telefonlarına sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etmələrilə bağlıdır. Müraciətdə deyilir: “Əgər spirtli içki qəbul etmisinizsə, heç bir halda avtomobili idarə etməyin. Az miqdarda spirtli içki də sevincinizi kədərə çevirə bilər. Unutmayın ki, sükan arxasında sərxoş vəziyyətdə əyləşməklə özünüzün və başqalarının həyatına qəsd etmiş olursunuz. Sonradan ömür boyu peşmançılıq çəkməkdənsə, bu səhvə yol verməməyə çalışın. İçkilisənsə, sükani unut, ayıq olana etibar et, insan həyatı daha önəmlidir!”
BŞDYPİ-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov sürücülərə göndərilən bu SMS-lərin idarə tərəfindən olmadığını, eyni zamanda hardan qaynaqlandığından da xəbərsiz olduğunu bildirdi. Amma atılan bu addımı müsbət qarşıladı.
Hər halda təbliğat xarakterli bu tipli SMS-lərin hər hansısa bir qurum və ya təşkilat tərəfindən göndərilməsi təqdirəlayiqdir.
"20 Yanvar" dairəsində yenilik olacaq - VİDEO
Prezident onları təltif etdi - ADLAR
Bakıda yeni svetoforlar quraşdırıldı - VİDEO
Yeni radar sistemi hazırlandı: Saniyədə 18 dəfə ölçmə aparır – VİDEO
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO
Yeni Yasamaldan Kənar Dairəvi yola birbaşa çıxış olacaq - Tunel tikiləcək - VİDEO
Bu yolda işıqfor quraşdırıldı - FOTO - VİDEO












