«Şəxsi kabinet»lə cərimənizi ödəyə biləcəksiz - YENİLİK

“Elektron hökumət” portalındakı “Şəxsi kabinet” vasitəsilə kommunal borcları, cərimə və rüsumları ödəmək, bildirişləri əldə etmək mümkün olacaq. Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən axar.az-a verilən məlumata görə, “Elektron hökumət” portalındakı “Şəxsi kabinet”in funksionallığı artırılır. Tezliklə “Şəxsi kabinet”in yeni funksiyaları istifadəyə veriləcək. “Şəxsi kabinet” vasitəsilə istifadəçilər kommunal borclar, ödəməli olduqları cərimə və rüsumlar, öz adlarına olan daşınmaz əmlak, ev telefonları və mobil telefonlar barədə bildiriş əldə edə biləcəklər. Bundan əlavə, istifadəçinin sənədlərinin etibarlılıq müddətinin bitməsi barədə bildiriş almaq olacaq.
Qeyd edək ki, “Elektron hökumət” portalında qeydiyyatdan keçdikdən sonra sistem avtomatik olaraq istifadəçinin “Şəxsi kabineti”ni formalaşdırır.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












