Şəxsi maşını olan həkimlərlə bağlı tapşırıq

“Bakı şəhərində fəaliyyət göstərən Səhiyyə Nazirliyinin tabeliyində olan səhiyyə idarə və müəssisələrin rəhbər və işçilərin şəxsi avtomobillərin iş vaxtı ümumi qaydaya uyğun həyətyanı ərazilərdə parklanması” ilə bağlı tapşırıq.
Avtosfer.az "trend"-ə istinadən xəbər verir ki, Səhiyyə Nazirliyindən verilən məlumata görə, qurum sözügedən məsələ ilə bağlı toplantı keçirib. Toplantıda iştirak edən idarə və səhiyyə müəssisələrinin rəhbərlərinə bildirilib ki, nəqliyyatın hərəkətinin tənzimlənməsinə dair ölkə başçısının tapşırıqlarının icrası məqsədilə 30 iyun 2015-ci il tarixində Azərbaycan Respublikası Nazirlər Kabinetində Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının iclası olub və “Bakı şəhərində nəqliyyatın hərəkətinin təkmilləşdirilməsi üzrə əlavə tədbirlər haqqında” Protokol imzalanıb. İclasda ümumi tapşırıqların icrası məqsədi ilə Səhiyyə Nazirliyinin tabeçiliyində olan idarə və tibb müəssisələrinin rəhbərlərinə 01.09.2015-ci il tarixindən etibarən işçilərin şəxsi avtomobillərinin iş vaxtı ərzində ümumi qaydaya əsasən, mümkün olduğu halda həyətyanı sahədə park olunması tapşırığı verilib. Bununla yanaşı toplantıda daha bir tapşırıq “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin müəssisələrinin 2015-2016-cı illərin payız-qış mövsümünə hazırlıq tədbirləri barədə” imzalanmış müvafiq əmri ilə bağlı olub.
"20 Yanvar" dairəsində yenilik olacaq - VİDEO
Prezident onları təltif etdi - ADLAR
Bakıda yeni svetoforlar quraşdırıldı - VİDEO
Yeni radar sistemi hazırlandı: Saniyədə 18 dəfə ölçmə aparır – VİDEO
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO
Yeni Yasamaldan Kənar Dairəvi yola birbaşa çıxış olacaq - Tunel tikiləcək - VİDEO
Bu yolda işıqfor quraşdırıldı - FOTO - VİDEO












