Şirvan-Salyan avtomobil yolu yenidən qurulur - FOTO

Şirvan-Salyan avtomobil yolunda yenidənqurma işlərinin davam edir. Bu barədə Avtosfer.az-a Azərbaycan Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətindən bildiriblər.
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən nəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətini təmin etmək məqsədilə kompleks tədbirlər davam etdirilir. Bu çərçivədə Şirvan-Salyan avtomobil yolunun yenidənqurulması işləri davam etdirilir.
Artıq yolun 5 kilometr hissəsində asfalt-beton örtüyün üst qatı frez maşınları ilə qaşınıb, yararsız qrunt qazılaraq çıxarılıb və kənara daşınib, 5 kilometrlik hissədə torpaq yatağı tikilib, karbonat materialı tökülərək kipləşdirilib, 2.3 kilometr hissədə isə 30 sm qalınlıqda əsas tikilib.
Ötən gündən etibarən isə yolun Salyan rayonunun Qarabağlı kəndi ərazisindən keçən hissəsində təmir-tikinti işlərinə başlanılıb. Ərazidə yol yatağı asfalt-beton örtüyünün döşənməsi üçün tam hazır vəziyyətə gətirilib və artıq sözügedən hissədə asfaltlanma işlərinə start verilib.
Şirvan-Salyan avtomobil yolunda aparılan yenidənqurma işləri şəxsən Nəqliyyat naziri Ziya Məmmədovun və “Azəryolservis” ASC rəhbərliyinin nəzarəti altındadır. İşlər yüksək keyfiyyətlə və tərtib olunmuş qrafikə uyğun həyata keçirilir. Bunun üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb olunub.
Qeyd edək ki, uzunluğu 31 kilometr olan Şirvan-Salyan avtomobil yolunun 23 kilometri, yerli əhəmiyyətli M-3 (47 km, Fəhlə qəsəbəsi-Çadırlı avtomobil yolu) Nəqliyyat Nazirliyinin, qalan 8 kilometri isə Şirvan Şəhər İcra Hakimiyyətinin mülkiyyətinə aiddir. Yolun III dərəcəyə uyğun yenidən qurulması üçün hazırlanmış layihə-smeta sənədlərinə əsasən, torpaq yatağının eni 12 metr, hərəkət hissəsinin eni 7 metr, hərəkət zolaqlarının sayı 2, çiyinlərin eni 2.5 metrdir.
Fidan
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
















