Stansiyalar təmir edildi - FOTO - VIDEO

Birinci Avropa Oyunlarına hazırlıq prosesi ərəfsində dəmir yolunda da bir sıra mühüm işlər həyata keçirilməkdədir. Avtosfer.az xəbər verir ki, “Azərbaycan Dəmir Yolları”ndan anspress-ə verilən məlumata görə, Qapalı Səhmdar Cəmiyyəti Dəmir yollarının və texniki qurğularının təmir-tikinti Departamenti tərəfindən Əmircan, Suraxanı, Bülbülə stansiyalarında və Mədəniyyət dayanacağında əsaslı təmir işləri aparılıb. Eyni zamanda Bakı və Sumqayıt sərnişin stansiyalarında və Gəncə vağzalında səsli məlumatların yayılması üçün hazırlıq işləri başa çatıb. Birinci Avropa Oyunlarının keçiriləcəyi müddətdə həmin məlumatların azərbaycan, rus və ingilis dillərində səsləndirilməsi təmin olunacaq.
Beynəlxalq sərnişin qatarlarında çalışan qatar heyətləri, təlimatçılar və digər əlaqədar işçilər sərhəd-keçid məntəqələrində prosedur qaydaları ilə bağlı mütəmadi olaraq təlimatlandırılırlar. Birinci Avropa Oyunlarının keçiriləcəyi dövrdə onlar gücləndirilmiş iş rejimində çalışacaq və bu işlərə ingilis dilini bilən əməkdaşlar da cəlb olunacaqlar. Bununla əlaqədar Bakı vaqon deposunda briqada heyəti və bilet kassirləri ingilis dilini öyrənmək üçün təlim kursları açılmışdır və qeyd edilən işçilər hal-hazırda həmin kurslarda təlim keçirlər.
Birinci Avropa Oyunlarının keçiriləcəyi müddətdə əcnəbi turistlərin, idmançıların, qarşılanması, onların yönləndirilməsi məqsədi ilə Bakı sərnişin stansiyasında Mədəniyyət və Turizm Nazirliyinin müvafiq qurumları ilə birlikdə informasiya mərkəziləri yaradılır və lazımı avadanlıqlarla təchiz olunub. Eyni zamanda, Bakı sərnişin stansiyasında rəsmi nümayəndələr zalına ingilis və rus dillərində tərcüməçi işə götürülmüşdür.
Bununla yanaşı, sərnişin qatarlarına minik zamanı məlumat büroları, diktorlar və rəsmi nümayəndələr zalının növbətçiləri tərəfindən sərnişinlər arasında maarifləndirilmə işləri aparılır.


Sıxlığı azaltmaq üçün M2 avtobuslarında ödəniş aparatlarının sayı artırılıb - VİDEO
Bakı metrosunda tarixi yenilik: "Avtovağzal"dan bütün stansiyalara getmək mümkün olacaq
Şəhərlərdə əlçatanlıq necə təmin olunmalıdır? – Ekspert AÇIQLADI
Bakıda yeni metro stansiyası: 28-ci stansiyanın detalları AÇIQLANDI - VİDEO
Avtobusla gedənlərə ŞAD XƏBƏR: Yeni üstünlük gəldi - FOTO
Orta əsrlərdən qalma dünya xəritəsi dəyişdirilir
Qatar parkında böyük yenilənmə: Azərbaycan hansı addımları atır? – EKSPERT
Dəmir yolunun təhlükəsizliyinə nəzarət edən “ağıllı” qatar – FOTOLAR - VİDEO
Azərbaycanda yeni cərimələr TƏSDİQLƏNDİ
Maşınlara quraşdırılan bu nişanın mənasını bilirsiniz? - DİQQƏTLİ OLUN!
Bakıda bu avtobusda qiymət 65 qəpik oldu - FOTOLAR










