Sürücülər bu küçədə əziyyət çəkir – Qəza baş verir - FOTO

Azərbaycan Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) Bakının bir neçə küçə və prospektlərində, nəqliyyat vasitələrinin sıxlığının aradan qaldırılması və maneəsiz hərəkətini təmin etmək məqsədilə yollarda bir sıra təkliflər hazırlayıb. NİİM-dən Avtosfer.az-a verilən məlumata görə, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Nazim İsmayılov küçəsi ilə İnşaatçılar küçəsinin kəsişməsi nizamlanmayan yolayrıcı hesab olunduğundan nəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaranır ki, bu da bəzi hallarda yol-nəqliyyat hadisələrinin baş verməsi ilə nəticələnir. Mərkəzin apardığı araşdırmalara əsasən, qeyd olunan yol kəsişməsində yol hərəkətinin təhlükəsiz təşkil edilməsi və yarana biləcək qəza vəziyyətlərinin qarşısının alınması məqsədilə sxemdə göstərildiyi qaydada, İnşaatçılar küçəsində (Nazim İsmayılov küçəsinə doğru hərəkət istiqamətində, 240 avt/saat) (2.1) “Baş yol üstünlük” nişanı, Məmmədhəsən Hacınski küçəsində (Nazim İsmayılov küçəsinə doğru hərəkət istiqamətində, 222 avt/saat) (2.5) “Dayanmadan keçmək qadağandır” üstünlük nişanı, Nazim İsmayılov küçəsində isə (İnşaatçılar küçəsinə doğru hərəkət istiqamətində, 153 avt/saat) (2.1) “Baş yol üstünlük” nişanı və (7.13) “Baş yolun istiqaməti” əlavə məlumat nişanının quraşdırılmasını təklif edilir.
Emin
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq















