Sürücülər üçün naviqator-eynək istehsal edildi – FOTOLAR

Almaniyanın «BMW» avtomobil konserninə məxsus və bu brend altında avtomobil istehsal edən “MİNİ” şirkəti heç kəsin gözləmədiyi bir addımı atıb. İKT.lent.az-ın “4pda.ru” saytına istinadən verdiyi məlumata görə, “MİNİ” öz avtomobillərinin sürücülərinin əlavə görüntüsü üçün “Augmented Vision” adlı eynək istehsal edib. Bu avadanlıq sürücülərə getdiyi yol barədə əlavə məlumat verəcək. Ancaq bu zaman bu eynək sürücülərə mane olmayacaq. İstehsalçılar deyir ki, “Augmented Vision” eynəkləri sürücüyə öncədən seçilərək gedəcəyi yolu, çatacağı məntəqəni göstərəcək. Eynəklər naviqator rolu oynayaraq, avtomobilin getdiyi sürəti, hərəkət edilən yolda məhdudiyyət qoyulmuş sürəti, telefona daxil olmuş məlumatları belə göstərəcək. “Augmented Vision” eynəklərinin daha bir faydalı tərəfi budur ki, bu eynəklərlə sürücü avtomobilin tam salonunu fikrini yoldan ayırmayaraq görə biləcək. Yəni sürücü üçün avtomobilin çöldən qapılarını, ön panellərini belə görmək mümkün olacaq. Bu isə avtomobilin kuzovunda yerləşdirilən kameralar vasitəsilə mümkün olacaq.
Qeyd edək ki, “MİNİ” şirkəti “Augmented Vision” eynəklərinin tam istehsal edəcəyi vaxtı və qiyməti hələ ki açıqlanmır.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq

















