Sürücülərə ŞAD XƏBƏR: Bakıda 8 zolaqlı yeni yolda işlər başa çatır - VİDEO

Ötən həftə təmirə bağlanan Neftçilər prospektinin Nobel prospekti ilə birləşdiyi hissədə işlər tamamlanmaq üzrədir. Kanalizasiya, drenaj sistemi sıradan çıxan yol yağış sularının yığılması nəticəsində dağılıb. Kanalizasiya, drenaj sistemi yenidən qurulan yolun asfalt örtüyü yeniləndikdən sonra sürücülərin istifadəsinə veriləcək.
Paytaxtdakı bir başqa yenilik isə Nobel prospektinə paralel çəkilmiş dənizkənarı avtomobil yoludur. 8 hərəkət zolağından ibarət olan yolda son tamamlama işləri həyata keçirilir.
“Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəflinin APA TV-yə verdiyi məlumata görə, Nobel prospektinə paralel çəkilmiş dənizkənarı avtomobil yolunun ümumi uzunluğu 2 km-ə yaxın, eni 45 metrdir. Yolun 8 hərəkət zolağından biri avtomobillərin park edilməsi və dayanacağa giriş-çıxış üçün nəzərdə tutulub. Bundan başqa yolda 3 yeraltı piyada keçidi tikilib. Tikintisinə 2013-cü ilin may ayında başlanılan yolda işlərin 99 faizə qədəri həyata keçirilib. Hazırda yolda və yeraltı piyada keçidlərində son tamamlanma işləri aparılır. Bir neçə gündən sonra yol sürücülərin istifadəsinə veriləcək. Bütün bu işlər Nobel və Neftçilər prospektinin hərəkət yükünün azaldılmasına hesablanıb.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












