Sürücülərə şad xəbər; yollarda yeniliklərdən FOTOLAR

"Paytaxt yollarında müəyyən dəyişikliklər baş verib. Onlardan biri Qələbə dairəsində olub". Avtosfer.az xəbər veririr ki, bunu Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev deyib. O bildirib ki, bu dəyişikliklər Bakıda avtomobillərin sıxlığının və tıxacların aradan qaldırılması üçün edilib. “Bir müddət əvvəl, ilkin mərhələdə burada hərəkətin istiqamətlərində dəyişiklik edildi. Bu isə öz səmərəsini verdi. İndi, ikinci mərhələdə orada ortadakı dairəvi qovşağın diametrinin kiçildilməsi hesabına yol genişləndirilir. Belə ki, Ə.Salamzadə və H.Zərdabi küçələrindən gələn nəqliyyat vasitələri dairəyə çatanda yolun daralması baş verir. Ona görə də biz dairəni kiçildib, zolaqların sayını çoxaldırıq. Bu, hərəkətin buraxma qabiliyyətini artırmağa və yoldakı sıxlığı aradan qaldırmağa kömək edəcək. Dairədə işlərin aparılmasına baxmayaraq, nəqliyyatın hərəkətinə heç bir məhdudiyyət qoyulmayıb”.
"Azəryolservis" ASC-nin mətbuat katibi bildirir ki, Heydər Əliyev prospektində də müəyyən dəyişiklik baş verib: “Əvvəllər avtomobillər Heydər Əliyev prospekti ilə Böyük Şor qovşağından şəhər istiqamətindəki köməkçi hissəsi ilə hərəkət edərkən Heydər Əliyev Mərkəzinin qarşısından əsas yola keçəndə yol dar olduğu üçün orada tıxac yaranırdı. İndi isə Heydər Əliyev Mərkəzinin qarşısından “Ramstor” qovşağına qədər ("Bazarstor" ticarət mərkəzinin qarşısındakı yol qovşağı) təxminən 200 m məsafədə yol əlavə olaraq 4,5 m də genişləndirilib. Bu da nəqliyyat vasitələrinin köməkçi yoldan əsas yola rahat keçməsini təmin edəcək”.
Mətbuat katibi artıq Xətai prospekti ilə Heydər Əliyev prospektinə doğru hərəkət edən sürücülərin də işinin asanlaşdığını da qeyd edib: “Nəqliyyat vasitələri Xətai prospektindən “Ramstor” qovşağı ilə Heydər Əliyev prospekti istiqamətində hərəkət edən zaman əsas yoldan köməkçi yola keçəndə görüntü məhdud olduğu üçün orada sürücülərin manevr imkanları məhdudlaşırdı. Ona görə də Heydər Əliyev prospektində yol ötürücüsündən bir qədər irəlidə, təxminən 25 m məsafədə ayırıcı zolaq sökülüb və görüntünün daha yaxşı olduğu ərazidə əsas yoldan köməkçi yola keçmək üçün xüsusi yer düzəldilib. Yəni, əvvəllər Xətai prospekti ilə hərəkətdə olan nəqliyyat vasitələri yol ötürücüsündən düşən kimi köməkçi yola keçirərkən bu zaman Yusif Səfərov küçəsi ilə gələn nəqliyyat vasitələri ilə üzləşır və manevr etməkdə çətinlik çəkirdilər. Bu isə yolda sıxlığa və tıxaca səbəb olurdu. İndi isə azca qabaqdan əsas yoldan köməkçi yola keçmək imkanı yaradıldığından bu problem də aradan qaldırılıb”.
Emin
Bakıda iki parkın kəsişməsində yeni piyada işıqforları quraşdırılıb - VİDEO
Zabrat-Kürdəxanı şosesində səsli svetoforlar quraşdırıldı - VİDEO
Sürət həddini aşan avtomobillərin mühərrik gücü azaldılacaq? – RƏSMİ
Şəhərətrafı yollarda diqqət çəkən piyada problemi – FOTO
Bakıda üç yeni körpü inşa edilir – VİDEO
Şuşadakı abidələrin korlanması qadağan edildi
İlham Əliyev QANUN İMZALADI
Bu sürücülər üçün yeni rüsumlar QƏBUL OLUNDU
Sürücülük vəsiqəsi almaq istəyənlər üçün VACİB DƏYİŞİKLİK
Bakıda yeni minib-düşmə yerləri və taksi duracaqları təşkil olundu - ÜNVANLAR
Bakı küçələrinin səkilərində hansı dəyişikliklər ediləcək? - FOTO
















