Sürücülərə vacib xəbər - Xüsusi hazırlıq keçməyə hazırlasın!

“Avtomobil nəqliyyatı haqqında” qanunun gətirdiyi ikinci yenilik sərnişin və yük daşımaları ilə məşğul olan subyektlərin bu fəaliyyət üçün lisenziya alması şərtlərinin, habelə lisenziyanın qüvvəsinin dayandırılması və onun ləğv olunması əsaslarının dəqiqləşdirilməsidir. Məsələn, qanunda birbaşa təsbit edilir ki, daşıyıcı lisenziya alarkən istifadə etdiyi hər bir nəqliyyat vasitəsi üçün dövlət rüsumu (5 illik lisenziyaya görə 150 manat olmaqla) ödəməlidir. Yəni ödəniləcək rüsumun məbləği istifadə ediləcək nəqliyyat vasitəsinin sayından asılıdır.
Avtosfer.az xəbər verir ki, lisenziyanın əldə edilməsinin və ondan istifadənin şərtləri sırasında nəqliyyat vasitəsinin texniki vəziyyətinin qanunvericiliyə uyğun olması, daşıyıcının həm mülki məsuliyyətin icbari sığortasını, həm də sərnişinlərin icbari fərdi qəza sığortasını (avtobuslar və taksilər üçün) etdirmiş olması, eləcə də sərnişin və yük daşıma prosesindəki intizamlılığı xüsusi vurğulanır. Bundan başqa, avtobuslar, minik taksiləri və beynəlxalq daşımalrada istifadə olunan yük avtomobilləri üçün lisenziya alarkən sürücünün xüsusi hazırlıq keçməsini təsdiq edən sənəd də təqdim olunmalıdır. Lisenziyalaşdırmanın mühüm şərtlərindən biri də sürücünün iş və istirahət rejiminə nəzarətin olmasıdır. Bu o deməkdir ki, taxoqrafı olmayan avtobuslar və yük avtomobillər üçün lisenziya verilməyəcək.
Ərşad Hüseynov
Sıxlığı azaltmaq üçün M2 avtobuslarında ödəniş aparatlarının sayı artırılıb - VİDEO
Bakı metrosunda tarixi yenilik: "Avtovağzal"dan bütün stansiyalara getmək mümkün olacaq
Şəhərlərdə əlçatanlıq necə təmin olunmalıdır? – Ekspert AÇIQLADI
Bakıda yeni metro stansiyası: 28-ci stansiyanın detalları AÇIQLANDI - VİDEO
Avtobusla gedənlərə ŞAD XƏBƏR: Yeni üstünlük gəldi - FOTO
Orta əsrlərdən qalma dünya xəritəsi dəyişdirilir
Qatar parkında böyük yenilənmə: Azərbaycan hansı addımları atır? – EKSPERT
Dəmir yolunun təhlükəsizliyinə nəzarət edən “ağıllı” qatar – FOTOLAR - VİDEO
Azərbaycanda yeni cərimələr TƏSDİQLƏNDİ
Maşınlara quraşdırılan bu nişanın mənasını bilirsiniz? - DİQQƏTLİ OLUN!
Bakıda bu avtobusda qiymət 65 qəpik oldu - FOTOLAR










