Sürücülərin bu yeniliklərdən xəbəri olsun - VİDEO

Prezident İlham Əliyevin ötən gün imzaladığı fərmanla ''Avtomobil nəqliyyatı haqqında'' qanuna dəyişikliklər edilib. Beləliklə, bu sahədə bir sıra yeniliklər gözlənilir. "Avtomobil nəqliyyatı haqqında" qanuna edilən dəyişikliklərlə ölkə ərazisində baş verən qəzaların sayının azaldılması hədəflənib. Elə buna görə də, sürücülərin iş saatlarının müəyyənləşdirilməsi üçün Nazirlər Kabineti və Nəqliyyat Nazirliyi tərəfindən təkliflər hazırlanacaq. Sərnişin və yük daşınması üçün tələb olunan lisenziyaların verilməsində də dəyişiklik olub.
Başqa bir dəyişiklik isə ölkəmizdə avtomobillərə göstərilən texniki xidmət sahələri ilə bağlıdır. Belə ki, bu sahələrdə xidmətin səviyyəsini yüksəltmək üçün dövlət tərəfindən nəzarət gücləndiriləcək.
Bütün bu sadalanan sahələrlə bağlı təkliflər 3 ay müddətində hazırlanaraq ölkə prezidentinə təqdim ediləcək.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












