Sürücülərin diqqətinə! - VİDEO

Sürücülərin diqqətinə! Dövlət Statistika Komitəsinin qarşısındakı dairədə tıxacların aradan qaldırılması üçün əlavə tədbirlər görüləcək. Avtosfer.az atv.az-a istinadən xəbər verir ki, bu barədə “Azəryolservis” Səhmdar Cəmiyyətindən verilən məlumata görə, İnşaatçılar prospektində yerləşən dairədə, müxtəlif istiqamətlərdən daxil olan nəqliyyat vasitələri, nişanlanma xəttinin tələbini pozur. Daha dəqiq desək Naxçivani küçəsindən hərəkət edən nəqliyyat vasitələri İnşaatçılar prospektindən gələn nəqliyyat vasitələrinə yol vermək əvəzinə, birbaşa dairəyə daxil olur. Bu da ərazidə sıxlığın yaranmasına gətirib çıxarır. Yaranmış vəziyyəti aradan qaldırmaq üçün Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC həmin ərazidə dəyişiklik aparmaq qərarına gəlib.
Artıq ərazidə işlərə start verilib. Burada yeni təhlükəsizlik dairəsi quraşdırılacaq. Əraziyə səki daşları düzüləcək və bundan sonra zəruri olan hərəkət istiqaməti də dəyişəcək. İlkin versiyaya görə edilən dəyişikliklərdən sonra hər iki istiqamətdən hərəkət edən avtomobillər geriyə, İnşaatçılar prospektinə dönmək üçün irəlidə quraşdırılacaq yerdən dönə biləcəklər.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq














