Sürücülərin nəzərinə- “Parking”də yenilik - VİDEO

"Avtomobilimi harda park edim?" və ya "tıxaca düşməmək üçün hansı yolla gedim?"... Bu tipli suallar paytaxtda sürücülər üçün həmişə aktualdır. Ancaq yaxın vaxtlarda belə sualların cavabını tapmaq daha asan olacaq. Əlbəttə ki, hazırlanan layihə icra olunsa. Söhbət yolların sıxlıq vəziyyəti və parketmə yerləri ilə bağlı məlumatları mobil telefona göndərən sistemdən gedir.
Bakıda parketmə üçün vaxt itkisi olmayacaq. Mütəxəssislərin araşdırmaları göstərir ki, böyük şəhərlərdə tıxacların 30 faizini park etməyə yer axtaran sürücülər yaradır. Belə ki, sürücülər öncədən harda boş yer olduqlarını bilmədikləri üçün müəyyən ərazidə dəfələrlə dövrə etməli olurlar. Bu isə həm onların vaxt itirməsinə, həm də hərəkət etdikləri zaman həmin ərazidə tıxacların yaranmasına səbəb olurlar.
Yeni texnologiya məhz bu problemi ortadan qaldıracaq. Parketmə yeri axtararkən əlavə vaxt itirməmək üçün dünyanın inkişaf etmiş ölkələrində tətbiq olunan sistemlərdən biri də mobil aplikasiyalara əsaslanır. Bu sistemə əsasən, şəhərdəki boş parketmə yerləri barədə məlumat birbaşa mobil telefona gəlir.
Quraşdırıldığı küçədə avtomobil sıxlığını da avtomatik təyinetmə funksiyasına malik olan sistem, istifadəçiləri tıxac və təmirə bağlanan yollar barədə də xəbərdar edir. Hazırda yeni sistem layihə şəklində aidiyyəti qurumlara təqdim edilib. Təklif qəbul olunsa, qısa müddətdə Bakıda istifadəyə veriləcək.
Xəzərxəbər
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












