Sürücülərin yolla gedərkən məlumat alması asanlaşdı - VİDEO

Əgər qarşıda nəqliyyatın sıxlığı müşahidə olunursa, sürücülər o yola girməkdənsə, alternativ yollardan istifadə edirlər. Əlavə yolları şəhərin müxtəlif yerlərinə quraşdırılan 48 məlumat informasiya tablo vasitəsilə öyrənirlər. I Avropa Oyunları ərəfəsində gücləndirilmiş iş rejimində fəaliyyət göstərən Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən işlər tam sürətlə davam etdirilməkdədir. Cəmi bir tabloya baxmaqla havanın tempuraturundan tutmuş, yoldakı sürət həddinə qədər öyrənə bilərsiniz. Küləyin sürəti və hətta saata qədər əks olunub. Bu tablolar əvvəlkilərdən fərqli olaraq, məlumatları yolun hər iki istiqamətində göstərməklə yanaşı, daha dəqiq görüntü nümayiş etdirir. Yaşıl yolun boş, sarı nisbətən dolu, qırmızı zolaq isə qarşıda tıxacın olduğunu göstərir.
Avtosfer.az xezerxeber.com-a istinadən xəbər verir ki, 48 ədəd Məlumat İnformasiya Tablosundan (VMS) əlavə, paytaxtın 8 nöqtəsində yeni tipli Məlumat İnformasiya Tablosu quraşdırılıb. Belə ki, Ziya Bünyadov prospektində 8, Bakı Dairəvi Yolunda 4, Abdulvahab Salamzadə küçəsində 2 ədəd yeni tipli və ikitərəfli Məlumat İnformasiya Tablosu quraşdırılıb.
Bu tablolar əvvəlkilərdən fərqli olaraq, məlumatları yolun hər iki istiqamətində göstərməklə yanaşı, istənilən növ nəqliyyat məlumatını daha dəqiq görüntülərlə əks etdirir.
Yeni tipli Məlumat İnformasiya Tabloları daha kompakt formada hazırlanıb və eyni vaxtda təqvimi, saatı, küləyin sürətini, hava temperaturunu, yoldakı sürət həddini və sxemlər vasitəsilə yolda nəqliyyat hərəkətinin intensivliyini göstərir.
Hazırda yeni quraşdırılan bu tablolar test rejimindədir və yaxın müddətdə tam istifadəyə veriləcəkdir.
Həmçinin, NİİM Lökbatan dairəsi yaxınlığında şəhərə giriş istiqamətində daha bir Məlumat İnformasiya Tablosu (VMS) quraşdırıb. Artıq bu istiqamətdən paytaxta gələn sürücülər bu tablo vasitəsilə şəhərə daxil olmamış yoldakı vəziyyətdən xəbərdar olacaqlar. İkinci mərhələdə yeni tabloların sayı artırılacaq. Sonrakı mərhələdə isə proses rayonlarda həyata keçiriləcək.
Sıxlığı azaltmaq üçün M2 avtobuslarında ödəniş aparatlarının sayı artırılıb - VİDEO
Bakı metrosunda tarixi yenilik: "Avtovağzal"dan bütün stansiyalara getmək mümkün olacaq
Şəhərlərdə əlçatanlıq necə təmin olunmalıdır? – Ekspert AÇIQLADI
Bakıda yeni metro stansiyası: 28-ci stansiyanın detalları AÇIQLANDI - VİDEO
Avtobusla gedənlərə ŞAD XƏBƏR: Yeni üstünlük gəldi - FOTO
Orta əsrlərdən qalma dünya xəritəsi dəyişdirilir
Qatar parkında böyük yenilənmə: Azərbaycan hansı addımları atır? – EKSPERT
Dəmir yolunun təhlükəsizliyinə nəzarət edən “ağıllı” qatar – FOTOLAR - VİDEO
Azərbaycanda yeni cərimələr TƏSDİQLƏNDİ
Maşınlara quraşdırılan bu nişanın mənasını bilirsiniz? - DİQQƏTLİ OLUN!
Bakıda bu avtobusda qiymət 65 qəpik oldu - FOTOLAR










