Tacikistan Bakı-Düşənbə birbaşa reysinin açılmasında maraqlıdır

Avtosfer.az xəbər verir ki, Tacikistan Bakı-Düşənbə-Bakı birbaşa reysinin açılmasında olduqca maraqlıdır. Bunu Trend-ə Tacikistanın Azərbaycandakı səfiri Zohir Saidov deyib. Onun sözlərinə görə, bu məsələ üzrə iki ölkənin aviasiya qurumları arasında danışıqlar aparılır: "Bu istiqamət üzrə həftə ərzində reyslərin sayı müzakirə olunur. Tacikistan iki ölkənin aviaşirkətlərinin iştirakı ilə paritet şərtlərdə Bakı-Düşənbə reysinin işə salınmasında maraqlıdır".
Z.Saidov qeyd edib: "Biz bu reysin açılmasına böyük önəm veririk. Ümid edirik ki, ilin sonunadək bu məsələni həll edə biləcəyik. Üstəlik, dövlət başçıları tərəfindən dəstək ifadə edilib. Birbaşa reys olmayanadək əməkdaşlığımızın hər hansı istiqaməti üzrə güclü inkişafdan danışmaq çox çətindir".
Səfir əlavə edib ki, iki ölkə arasında birbaşa əlaqənin olmaması ticarət-iqtisadi əlaqələrin və turist mübadiləsinin inkişafında da çətinliklər yaradır.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












