Taksi sürücüləri üçün özəl gün

İlk dəfə 1907-ci ilin məhz bu günü London küçələrində xüsusi sayğacı olan taksilər peyda olub. Sürücülər bu cihazı "taksimetr" adlandırıblar. İki hissədən ibarət olan sözün birinci hissəsi "taks" fransız sözüdür, mənası "ödəniş" deməkdir. Yunan mənşəli söz olan "metron" isə "ölçmə" mənasını daşıyır.
İlk London taksiləri yaşıl və qırmızı rəngdə olublar. Bizim uzun müddət görməyə öyrəşdiyimiz sarı taksilərin tarixi isə "Hertz Corporation" şirkətinin təsisçisi Con Hertsin adı ilə bağlıdır. O, köhnə avtomobilləri yenilərinin əvəzinə ödəniş kimi qəbul edərək onları sarı rəngə boyayıb və taksi kimi istifadə edib. Təbii ki, belə açıq rəngli avtomobillər küçələrdə asanlıqla seçilirdi. Daha sonralar taksiləri sarı rəngə boyamaq ənənəsi geniş yayılıb.
Taksiləri tanıdan daha bir simvol isə onların üstündəki damalı bəzək olub. Bəzi versiyalara görə, ilk dəfə belə bəzəklər keçən əsrin 20-ci illərində Amerika maşınlarında görünüb. Amerika şirkəti bunu yarış maşınlarının simvolundan götürüb. Şirkət bununla insanların diqqətini çəkmək istəyib. Həmin damalı dizayn müştəriləri bu nəqliyyatın daha sürətli hərəkətinə inandırmalı idi.(anspress.com)
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












