Təhlükəsizlik üçün avtomobilləri “danışmağa” vadar edəcəklər - YENİLİK

ABŞ Nəqliyyat Departamenti ölkədəki avtomobillərin təhlükəsizliyinin təmin edilməsi üçün bir-biri ilə "danışmağı" öyrənməsini istəyir. İKT.lent.az-ın “hitech.vesti.ru” saytına istinadən verdiyi məlumata görə, qurumun katibi Entoni Foks elan edib ki, yaxın vaxtlarda hər yeni avtomobilə “V2V” (“venicle-to-venicle”) rabitə interfeysinin quraşdırılması məcburi olacaq.
Maşınların “danışması” üçün xüsusi 5,9 geqahers həcmində diapazonlu radiodalğalardan istifadə olunacaq. Avtomobillər arasındakı yeni məlumat ötürmə sistemi qəzaların sayını ciddi şəkildə azaltmağa kömək edəcək. Məsələn, hətta əgər gecə sürücü qarşıdan gələn avtomobili görmürsə, bort kompüteri ona bu haqda məlumat verəcək. Nəticədə toqquşma baş verməyəcək.
Bu təklif artıq federal səviyyədə bu ilin sonunda müzakirə ediləcək. Qurumdan bildirilib ki, departamentin əsas məqsədi millətin təhlükəsiz və qəzasız nəqliyyat vasitələrində hərəkət etmələri ilə gələcəyə getməsini təmin etməkdir. Həmçinin ətraf mühit haqda informasiya qəbul edən və başqa maşınlarla “ünsiyyət qurmağa qadir” avtomatlaşdırılmış avtomobillər təhlükəsizlik sahəsində inqilab edərək minlərlə insan həyatını xilas edəcək.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












