Təmir olunmuş küçə yeni görkəmdə açıldı - FOTO

Sabunçu rayonu Rüstəm Rüstəmov küçəsində, daha dəqiqi “İmam Zaman” məscidinin qarşısından Ramiz Qəmbərov küçəsi ilə kəsişməyədək olan hissəsində aparılan təmir-tikinti işləri yekunlaşıb. Küçənin bu hissəsi tam yeni görkəmdə sürücülərin ixtiyarına verilib.
Qeyd edək ki, bu küçədə təmir işləri Nəqliyyat Nazirliyi “Azəryolservis”ASC tərəfindən nəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətini təmin etmək məqsədi ilə bəzi küçə və prospektlərdə aparılan təmir-tikinti işləri çərçivəsində həyata keçirilirdi.
Sabunçu rayonu Rüstəm Rüstəmov küçəsinin təmir olunmuş hissəsinin uzunluğu 690 metr, ortalama eni isə 16 metrdir. Sözügedən ərazidə mühəndis-kommunikasiya xətləri çəkilmiş xəndəklərin üstü bərkidildikdən sonra ümumilikdə küçənin 10800 kvadrat metr sahəsinə yeni asflat-beton örtüyünün döşənməsi işləri aparılıb.
Bundan başqa, küçədə köhnə səki daşları yeniləri ilə əvəzlənib. Küçəyə təqribən 700 paqon-metr yeni səki daşı düzülüb. Təmir işləri zamanı kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, baxış qapaqları da dəyişdirilib.
İşlər Nəqliyyat Nazirliyi və “Azəryolservis” ASC rəhbərliyinin nəzarəti altında aparılıb. Küçədə nəqliyyat vasitələrinin hərəkətinin intensivliyi nəzərə alınaraq işlər qısa müddət ərzində yüksək keyfiyyətlə aparılaraq, yekunlaşdırılıb.
Emin
"20 Yanvar" dairəsində yenilik olacaq - VİDEO
Prezident onları təltif etdi - ADLAR
Bakıda yeni svetoforlar quraşdırıldı - VİDEO
Yeni radar sistemi hazırlandı: Saniyədə 18 dəfə ölçmə aparır – VİDEO
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO
Yeni Yasamaldan Kənar Dairəvi yola birbaşa çıxış olacaq - Tunel tikiləcək - VİDEO
Bu yolda işıqfor quraşdırıldı - FOTO - VİDEO















