Tıxac yaranmaması üçün gələn ay iş saatları dəyişdiriləcək - VİDEO

Yeni tədris ilinin başlamasına az bir müddət qalıb. Bu vaxtda isə yarana biləcək tıxacların qarşısının alınması üçün bəzi özəl və bank sektorlarına müraciət edilib. Əmək və Əhalinin Sosial Müdafisi Nazirliyi bir daha işə götürənlərə müraciət edib. İşə götürənlərə iş saatlarının dəyişdirilməsiylə bağlı artıq müraciət ünvanlanıb. Dövlət əmək müfəttişliyi xidmətinin rəisi Fuad Əlizadə bildirdi ki, bu əmək qanunvericiliyinə uyğun olaraq tənzimlənir. Sözügedən tövsiyyəyə artıq avqust ayından tətbiq olunmağa başlanılıb. Hazırda isə hansı şirkətlərin tövsiyəyə əməl edib-etmədiyi sentyabr ayının əvvəlində bilinəcək. Bakı şəhərində ictimai şəhər nəqliyyatının iş rejimini normallaşdırmaq və avtomobil yollarında tıxacların yaranmasına şərait yaratmamaq məqsədilə iş vaxtının özəl sektorda saat 07:30 - 08:00 radələrində, bank sektorunda isə saat 10:00-dan başlanması tövsiyə olunub. “İş vaxtının dəyişdirilməsi əmək məcəlləsinə uyğun bir şəkildə həyata keçirilməlidir. Yəni burada işçilərin iş vaxtı və nahar fasiləsiylə bağlı vaxt dəyişdirilməməlidir. Nahar fasiləsi bir saatdırsa, bu dəyişdirilməməlidir. Gündəlik 8 saatlıq iş saatı nəzərdə tutulubsa, bu dəyişdirilməməlidir. Sadəcə olaraq özəl sektorda iş bir qədər tez başlasın. Təbii ki, dövlət və büdcə təşkilatları saat 9-da, bank sektoru isə saat10-da”, – deyə DƏMX-nin rəisi Fuad Əlizadə bildirib.
Artıq Təhsil Nazirliyi də Nazirlər Kabinetinə məktəblərdə dərs vaxtının dəyişdirilməsilə bağlı təklif göndərib. Təklifdə bildirilir ki, yuxarı siniflərin bir az erkən, məsələn saat 08.00-da dərsə başlaması, ibtidai siniflərdə isə bu vaxtın ondan 45-50 dəqiqə sonra, yəni 08.50 və yaxud 09.00-a dəyişdirililsin.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












