Tıxaca görə bu məktəblərdə dərs saatı dəyişdirildi

Yeni tədris ilinin başlanması ilə əlaqədar Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının 23 iyul 2015-ci il tarixli “Bakı şəhərində nəqliyyatın hərəkətinin təkmilləşdirilməsi üzrə əlavə tədbirlər haqqında” qərarına əsasən Bakının mərkəzində yerləşən ali təhsil müəssisələri üçün fərqli iş qrafikləri müəyyənləşdirilib. Avtosfer.az xəbər verir ki, Azərbaycan Texniki Universitetində bu tədris ilində dərslər öncəki tədris illərində olduğu kimi saat 8:30-da deyil, saat 9:00-da başlayacaq.
Azərbaycan Dövlət İqtisad Universitetində də iş qrafiki dəyişib. Əgər öncəki tədris illərində bu təhsil müəssisəsində birinci növbə üçün dərslər saat 8:30, ikinci növbə üçün dərslər saat 13:45-də başlayırdısa, bu il birinci və ikinci növbələr üçün dərslər müvafiq olaraq saat 9:00 və saat 14:00-da başlayacaq.
Bakı Dövlət Universiteti və Azərbaycan Memarlıq və İnşaat Universitetində isə iş qrafikləri dəyişməyib. Bakı Dövlət Universitetində dərslər keçən tədris illərində olduğu kimi saat 8:30-da, Azərbaycan Memarlıq və İnşaat Universitetində isə saat 9:00-da başlayacaq.
Bakının mərkəzində yerləşən orta məktəblərdə də fərqli iş qrafiki tətbiq olunacaq. Məsələn, “İçərişəhər” metrostansiyası yaxınlığında yerləşən 132 saylı orta məktəbdə tədris artıq saat 8:30-da deyil, saat 8:00-da başlanacaq.
Emin
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












