Tıxaclara qarşı “Yaşıl dalğa” əməliyyatı

Yeni tədris ilinin başlanması ilə əlaqədar olaraq yollarda nəqliyyat vasitələrinin və piyadaların sıxlığının artacağı ehtimal edilir. Bununla bağlı hazırda svetoforların vaxt planları yenilənir və pik saatlarına uyğun qurulur.
Avtosfer.az xəbər verir ki, bu barədə "qafqazinfo"ya NİİM-dən daxil olan məlumata görə, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin yeni tədris ili ilə bağlı tətbiq etdiyi yeniliklərdə həmçinin avtomobillərin küçə və prospektlərdən keçməsi sayının artımı da nəzərə alınır. Avtomobillərin hərəkət intensivliyinə dair statistik məlumatlar çıxarıldıqdan sonra əsas yollarda “yaşıl dalğa”ların sayı artırılır: “Yəni nəqliyyat vasitələrinin dayanmaması üçün yol boyu ardıcıl olaraq bir neçə svetoforda yaşıl işıq yandırılır. Artıq bu işlərin tətbiqinə başlanılıb. Bundan başqa, paytaxt ərazisindəki təhsil müəssisələrinin əraziləri müəyyən olunub və “yaşıl dalğa”lar daha çox məhz təhsil ocaqlarının yerləşdiyi ərazilərdə tətbiq olunur. Çünki burada avtomobillərin sayı həddindən artıq çox olur. Ona görə də avtomobillərin dayanmaması, sıxlığın və tıxacların yaranmaması üçün “yaşıl dalğa” əmri daha çox bu ərazilərdə tətbiq olunacaq”.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












