Tıxaclarla bağlı yeni xidmət

Dünya əhalisinin sıx yaşadığı ölkələrdə Çinin “WeChat” messencerinin xəritədə şəhər küçələrində piyadaların hərəkətinin çətin olmasını real vaxt rejimində göstərən yeni xidməti faydalı ola bilər. Avtosfer.az sia-ya istinadən xəbər verir ki, “WeChat” xidmətinin "City Services” servisi sayəsində smartfon istifadəçiləri qurğudan vaxtında istifadə etdikdə piyada tıxaclarından yan keçə biləcəklər. Xəritənin küçə və meydanlarda insanların sıxlığını real vaxtda görməyə imkan verməsi böyük əhəmiyyət kəsb edir. Xəritənin müəyyən hissəsinin qırmızı rəngdə göstərilməsi buranın insanla dolu olmasını, sarı rəngdə - küçənin orta səviyyədə yüklənməsini, yaşıl rəngdə - hərəkətin sərbəst olmasını bildirir. Servis Çinin bütün böyük şəhərlərində, o cümlədən Pekin və Şanxayda fəaliyyət göstərir. Qeyd edək ki, turistlər üçün yeganə problem servisin hələlik yalnız Çin dilində olmasındadır.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












