Türkiyənin bu aviaşirkəti uçuş zamanı “powerbank”dan istifadəni qadağan etdi

Türkiyənin “Ajet” aviaşirkəti ölkənin Mülki Aviasiya Baş İdarəsinin tövsiyəsi əsasında təyyarələrdə portativ şarj cihazlarından istifadəni qadağan edib.
Avtosfer.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, yeni qərar çərçivəsində litium batareyaları 100 vatt/saata qədər olan portativ şarj cihazları (powerbanklar), elektron siqaretlər, ehtiyat batareyalar kabin baqajında aparıla bilər, lakin təyyarədə onlardan istifadə etməyə icazə verilməyəcək.
Qeyd olunub ki, iyulun 29-da İstanbuldan Seula uçan “Asiana Airlines”a məxsus təyyarə Qazaxıstan hava məkanında olarkən bir sərnişinin “powerbank”ı oturacağın arasına düşüb. Cihazı götürmək mümkün olmadığından təyyarə İstanbul hava limanına qayıdıb.
Bunun ardınca, Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu verdiyi yazılı açıqlamada bu cür cihazların yaratdığı risklərə toxunub və Mülki Aviasiya Baş İdarəsi vasitəsilə hava yollarına uçuşlarda portativ şarj cihazlarından istifadənin qadağan edilməsini tövsiyə edib.
Bakının bu prospektində yeni radar QURAŞDIRILDI
Xırdalan sakinlərinə şad xəbər: Tıxaca son qoyacaq iki mühüm layihə - VİDEO
"20 Yanvar" dairəsində yenilik olacaq - VİDEO
Prezident onları təltif etdi - ADLAR
Bakıda yeni svetoforlar quraşdırıldı - VİDEO
Yeni radar sistemi hazırlandı: Saniyədə 18 dəfə ölçmə aparır – VİDEO
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO












