Üçqapılı avtobuslar yığışdırılır

Bakıda sərnişinnəqliyyatda böyük dəyişikliklər edilir. «Bakı Sərnişinnəqliyyat» Məhdud Məsuliyyəti Cəmiyyətinin sərnişindaşımaları monitorinqi, lisenziya və fərqlənmə nişanlarının cəlbetmə şöbəsi müdir müavini Vüqar İbrahimlinin anspress-ə verdiyi məlumata görə, paytaxtda xidmət göstərən iritutumlu avtobuslar yığışdırılır. Onun sözlərinə görə, 3 qapılı “Daewoo” markalı avtobuslar yavaş-yavaş paytaxtdan yığışdırılacaq. Onların əvəzinə 2 qapılı orta və iritutumlu avtobuslar gətiriləcək. Qurum rəisi bildirib ki, avtobuslar texniki qüsurlarına görə xidmətdən yığışdırılacaq: “3 qapılı “Daewoo”ların tarazlıq yastığı tez sıradan çıxır. Bu səbəbdən də, həmişə həmin avtobuslarının yan böyrü üstə əyildiyini görürdük. Onların qəzaya düşməsi ehtimalı çox olduğu üçün xətdən yığışdırılacaq”, - deyə Vüqar İbrahimli bildirib.
Qeyd edək ki, əvvəllər işləyən 14 ədəd 3 qapılı “Daewoo” markalı avtobusun yerinə 28 ədəd 2 qapılı “Daewoo” markalı avtobus qoyulub. Həmin avtobusun qrafiki 5 dəqiqə idisə, indi onların qrafiki 2 dəqiqəyə salınıb. Bundan başqa, 14 saylı avtobus bağlanıb. Onun əvəzinə 24 saylı avtobus işləyəcək. Bağlanan avtobuslar içərisində 86 saylı marşrut xətti də var. Onun əvəzinə isə 29 işləyəcək. Bağlanan 90 saylı marşrut xəttinin əvəzinə isə 91 işləyəcək. Bundan başqa, 2, 53 saylı avtobuslar da bağlanıb.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












