Uzaq yola çox ucuz xərclə - VİDEO

Çoxdan gözlənilən Bakı Beynəlxalq Dəniz Ticarət Limanının Transxəzər marşurutu üzrə Çindən gələn ilk konteyner qatarını nəhayət bu gün qəbul edilib. Bununla da Azərbaycan daha bir strateji mövqe qazanır. Avropanı Çinlə birləşdirən dəmir “İpək yolu”nda tranzit ölkəyə çevrilir. Bakı Beynəlxalq Dəniz Ticarət Limanına ilk konteyner qatar gətirilib. Qatar iyulun 28-də Çin Xalq Respublikasının Şixezi şəhərindən yola çıxıb. Beynəlxalq Transxəzər nəqliyyat marşrutu üzrə hərəkət etməsi nəzərdə tutulan konteynerin üstünlüyü ondan ibarətdir ki, bu qatar yükdaşımanı daha tez bir zamanda həyata keçirəcək.
ANS-in məlumatına görə, Bakı Beynəlxalq Dəniz Ticarət Limanına çatan konteyner, Şixezi-Dostık-Aktau-Ələt-Keşlə marşrutu ilə hərəkət edəcək. Qatar Azərbaycan, Qazaxıstan, Gürcüstan, Türkiyə, Çin Xalq Respublikasının dəmir yolu təşkilatlarının birgə təşəbbüsü ilə ilk dəfə Çin, Qazaxıstan və Azərbaycan respublikalarının ərazilərindən keçəcək.
Qatar 82 ədəd 20 tonluq konteyner daşıyır. Daşınan yük kaustik sodadır. Əsas üstünlüyü isə odur ki, əvvəllər belə təyinatlı yüklər alternativ marşrutlarla 25-40 gün müddətinə Bəndər-Abbas və Poti limanları vasitəsilə daşınırdısa, bu qatar yüklərin daşınma müddətini Çindən Ələt Limanına cəmi 6 günə mümkün edəcək. Tariflər də daha sərfəli olacaq. “Biz çalışırıq ki, yollarda aşağı tariflər tətbiq olunsun və “ADY” bu gün aşağı tariflər tətbiq edir. Burada ən yüksək güzəştlər tətbiq edilir, eyni zamanda yüksək səviyədə xidmətlər göstərilir. Bu, get-gedə daha da artırılacaq. Hazırda avtomobil, eləcə də digər yük daşıma vasitələrinin tariflərindən xeyli aşağı tariflər götürülərək tətbiq olunur”, – deyə Cavid Qurbanov bildirib.
Layihə çərçivəsində tranzit və xarici ticarət yüklərinin cəlb edilməsi, həmçinin yükdaşıma həcminin artırılması məqsədilə rəqabətə davamlı vahid dəmir yolu tarifləri və hərəkətin təşkili yanaşmasının tətbiqi nəzərdə tutulur. Marşrutun işə düşməsi üzv ölkələrin ixracat və tranzit potensialının yüksəldilməsinə, Beynəlxalq Transxəzər nəqliyyat marşrutunun rəqabət gücünün artırılmasına təkan verəcək. Eyni zamanda bu marşrut Avropa ölkələrindən olan yük göndərənlər üçün də sərfəli olacaq.
Konteynerin gəlişi dəmir yolları rəhbərlərinin bu marşrutun inkişafı üzrə koordinasiya komitəsinin iclaslarında əldə olunan çevik tarif siyasəti və əlverişli texniki şəraitin yaradılması ilə bağlı danışıqların nəticəsidir.
Layihə Qazaxıstan, Çin və Azərbaycan dəmir yolları, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti, eyni zamanda Bakı Beynəlxalq Ticarət Limanı ilə birgə həyata keçirilir.
Bu arada sentyabrda Çin-Qazaxıstan-Azərbaycan-Gürcüstan-Türkiyə marşrutu üzrə ikinci konteyner qatarının göndərilməsi də nəzərdə tutulur.
DSX-də generalların yeri dəyişdi - Müzəffər Pirizadə Elçin Quliyevin müavini oldu
Bakıda 6 ekspres marşrut fəaliyyətə başladı - İlk və son dayanacaqlar - VİDEO
Sabahdan ekspres marşrutlar fəaliyyətə başlayır - VİDEO
Naxçıvan dəmir yolu Ermənistan sərhədinə çatır: Böyük layihənin DETALLARI
“Azərbaycandan İrana ikinci dəmir yolu xətti açılacaq” - VİDEO
Metrodakı yenilik: "Taksilərə tələb artacaq, tıxac yaranacaq"
Belçikadakı səfirimiz geri çağırıldı - YENİ TƏYİNAT
“28 May”–“Nizami” istiqamətində yeni ekspres avtobuslar işə düşür: Gedişhaqqı açıqlandı
Bakı və Sumqayıtda dəmir yolları çəpərlənəcək - YENİ QAYDALAR
Bakıda fəaliyyət göstərəcək ekspres avtobusların SİYAHISI - VİDEO
Sürücüsüz avtomobillər gəlir: Təhlükəsizlik necə qorunacaq? - AYNA sədri DETALLARI AÇIQLADI










