Velosiped həvəskarlarına şad xəbər - Qırmızı asfaltın sirri açıldı VİDEO

Paytaxt Bakının yol təsərrüfatında yenilik edilib. İlk dəfə olaraq yola tünd qırmızı rəngli asfalt-beton örtüyü döşənib. Avtosfer.az-a «Azəryolservis» ASC-dən verilən məlumata görə, yenilik Babək prospekti ilə Nəcəfqulu Rəfiyev küçəsinin kəsişməsində yerləşən yol ötürücüsündə tətbiq edilib. Burda təqribən 250 kvadrat metr sahədə rəngli asfalt-betondan istifadə olunub. Rəngli asfalt-betondan istifadə olunaraq asfaltlanmış ərazinin uzunluğu isə 1 kilometrə yaxındır.
Rəngli asfalt-beton örtüyünün adi asfaltdan eyfiyyət baxımından heç bir fərqi yoxdur. Sadəcə olaraq asfalt zavodda hazır olduqdan sonra xüsusi qurğuda onun tərkibinə rəngləyici maddə qatılır və qarışdırılır. Nəticədə rəngli asfalt-beton alınır.
Babək prospekti ilə Nəcəfqulu Rəfiyev küçəsinin kəsişməsində yerləşən yol ötürücüsünün kənarlarında olan sütunlar tünd qırmızı rəngdə olduğu üçün körpünün kənarlarına və yol ayrıcına da eyni rəngdə asfaltın döşənməsi qərara alınıb. Bu həm vizual olaraq gözəl görünür, həm də bir növ sınaq məqsədi daşıyır. Çünki atılmış addım özünü doğrultsa gələcəkdə bu cür asfaltın başqa yerlərdə, əsasən səkilərə, piyada zolaqlarına, dairələrə və sair bu kimi yerlərə də döşənməsi işləri aparıla bilər.
Qeyd edək ki, yaxın gələcəkdə Azərbaycanda yollarda velosipedlərin hərəkəti üçün xüsusi zolaqlar çəkilə bilər. "Azəryolservis" ASC-dən bildiriblər ki, bir sıra Avropa şəhərlərində olduğu kimi paytaxt Bakıda da velosipedlərin hərəkəti üçün ayrıca zolaqların çəkilməsi nəzərdə tutulur. Lakin hələlik bunu mövcud yollarda etmək mümkün deyil. Bununla bağlı standartlar da müəyyənləşməyib. Lakin yaxın gələcəkdə yenidən qurulan yollarda belə bir təcrübə tətbiq edilə bilər. Artıq bununla bağlı "Azəryolservis" ASC tərəfindən müvafiq qurumlara təkliflər də ünvanlanıb. Lakin bu zolaqlar ilkin mərhələdə şəhər və qəsəbələrarası yollarda yox, pilot olaraq Bakı şəhərinin içərisindəki küçə və prospektlərdə olacaq. Əgər təkliflər müsbət cavablandırılsa və yenidən qurulan yollarda velosipedlərin hərəkəti üçün zolaqlar ayrılsa, həmin yol bu sahədə standart kimi qəbul ediləcək.
Elmin
"20 Yanvar" dairəsində yenilik olacaq - VİDEO
Prezident onları təltif etdi - ADLAR
Bakıda yeni svetoforlar quraşdırıldı - VİDEO
Yeni radar sistemi hazırlandı: Saniyədə 18 dəfə ölçmə aparır – VİDEO
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO
Yeni Yasamaldan Kənar Dairəvi yola birbaşa çıxış olacaq - Tunel tikiləcək - VİDEO
Bu yolda işıqfor quraşdırıldı - FOTO - VİDEO
















