Velosipedçilər və veloturistlər üçün infrastruktur yaradıla bilər - FOTO

Hotellər və Restoranlar Assosiasiyasının, həvəskarlardan ibarət "CycleMania" velosiped klubunun və "Baku Guide" jurnalının birgə təşkilatçılığı, Azərbaycan Velosiped İdmanı Federasiyasının texniki dəstəyi ilə “Özünü və ətrafı iki təkərlə kəşf et” adlı veloyürüş keçirilib. Federasiyadan Trend-ə verilən məlumata görə, 35 velosipedçidən ibarət qrup yürüşə Dövlət Bayrağı Meydanından start götürməklə başlayıb. Velosipedçilər “İnturist” hotelində qısamüddətli dayanacaq edərək, Azneft meydanından İstiqlaliyyət küçəsinə çıxıblar və Qoşa Qala Qapısından İcərişəhərə daxil olublar. Ekskursiya bələdçisinin müşayiəti ilə velosipedçilər Qız Qalasında, Şirvanşahlar Sarayında və Karvansarada olublar. Veloyürüşün finiş nöqtəsi olan “Boulevard” hoteldə isə velosipedçilər və təşkilatçılar tədbirin əsas məqsəd və vəzifələrini açıqlayıblar. Şəhər küçələrində velosipedçilər üçün müvafiq infrastrukturun olmaması, hotellərin, restoranların, turizm obyektlərinin qarşısında velosiped dayanacaqlarının yaradılması əsas müzakirə edilən məsələlərdən olub.
Hotellər və Restoranlar Assosiasiyası tərəfindən təklif edilib ki, yerli və xarici turistlər üçün bir neçə marşrut hazırlansın. Şəhərin tarixi-memarlıq və digər turizm məkanlarını velosipedlə gəzmək istəyən turistlər üçün velosipedlərin alınması istiqamətində hotellər qarşısında stimullaşdırıcı təkliflər hazırlanması da müzakirə edilən məsələlər arasında olub.
Həmçinin təklif edilib ki, Bakı şəhərinin Səbail rayonunun rəhbərliyinə rayon ərazisində pilot layihə olaraq velosipedçilər üçün infrastruktur yarandılması ilə bağlı müraciət ünvanlansın. Çünki məhz bu rayonun ərazisində xarici qonaqlar və yerli turistlər arasında populyar olan əksər turizm obyektləri yerləşir.
Azərbaycan Velosiped İdmanı Federasiyasının nümayəndələrinin çıxışı zamanı bildirilib ki, federasiya velosipedçilər tərəfindən irəli sürülən təşəbbüsləri dəstəkləyir və bu cür tədbirlərin artması ölkədə velosiped mədəniyyətinin formalaşmasında əhəmiyyətli rola malikdir. Tədbirin sonunda veloyürüşün iştirakçılarına diplomlar təqdim edilib.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq


















