Velotrek böyük turnirlərə hazırdır - FOTO

Yenidənqurma və əsaslı təmir işləri başa çatmaqda olan Respublika Velotrekində uzunmüddətli fasilədən sonra ilk yarış - Bakı şəhər çempionatı keçirilib.
Avtosfer.az xəbər verir ki, bu abrədə Azərbaycan Velosiped İdmanı Federasiyasından trend-ə verilən məlumata görə, idman qurğusunun hazırkı vəziyyətini yoxlamaq üçün nəzərdə tutulan sınaq xarakterli yarışda müxtəlif yaş qrupları üzrə 40-dan artıq velosipedçi iştirak edib.
2 gün davam edən yarış Velotrekin böyük turnirlər üçün hazır olduğunu göstərib. Aprel ayının sonlarında tam istifadəyə verilməsi planlaşdırılan kompleksdə həm idmançılar, həm də məşqçilər üçün lazımi şərait yaradılıb. Burada ekstremal idman növləri həvəskarları, o cümlədən BMX yarışlarında iştirak edəcək idmançıların hazırlanması üçün “Skate Park”, habelə müasir mini futbol meydançası da var. Federasiyanın yeni inşa olunmuş inzibati binası da Velotrek ərazisində yerləşir.
Xatırladaq ki, Respublika Velotreki bir vaxtlar yalnız Azərbaycanda deyil, hətta keçmiş SSRİ məkanında 1980-ci il Moskva olimpiadası ərəfəsində o vaxtlar Azərbaycana rəhbərlik edən ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə inşa olunmuş ən yaxşı idman qurğularından biri olub. Təəssüflər olsun ki, 90-cı illərin əvvəllərində Velotrek baxımsızlıq üzündən bərbad vəziyyətə düşüb və ərazisinin böyük bir hissəsi idmanla heç bir əlaqəsi olmayan müxtəlif qurumlar tərəfindən zəbt edilib. Ölkə başçısı cənab İlham Əliyevin Azərbaycanda velosiped idmanının inkişafı ilə bağlı tapşırıq və tövsiyələrinə uyğun olaraq, ərazidə geniş tikinti və yenidənqurma işləri aparılıb və yaxn vaxtlarda bu müasir idman qurğusu velosipedçilərin istifadəsinə veriləcək.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq














