Xəzər dənizində nəhəng körpü - FOTO

Xəzər dənizi üzərində Azərbaycanı və Qazaxıstanı birləşdirəcək körpü inşa ediləcək. Möhtəşəm tikintinin detalları Çində hazırlanır. Bu barədə Almatanın “Delovoe Vremya” kanalının proqramında məlumat verilib. Beynəlxalq Transxəzər nəqliyyat dəhlizi layihəsi hələ tam işə düşməsə də, Çin qarşısına daha böyük məqsədlər qoyub. Çindən Avropa Birlyinə quru dəhlizi ilə dəniz yolu ilə gedəndən 100 dəfə az yük nəqli müşahidə olunur. Hətta Rusiyaya belə Çin yükləri dəniz vasitəsi ilə Finlandiyadan gətirilir. Hazırda Qazaxıstan və Çin arasında ticarət dövriyyəsi $ 17 mlrd. dollar təşkil edir. Layihə gerçəkləşərsə, bu rəqəm dəfələrlə arta bilər, çünki Avropaya yüklərin bir hissəsi də Qazxıstandan keçəməklə nəql edilə bilər. Çinin Almatadakı baş konsulu Çan Vey dünya iqtisadiyyatının böhrandan tam çıxmadığı bir zamanda ölkəsi ilə Qazaxıstan arasında ticarət dövriyyəsi $ 17 milyard dollara çatmasını böyük uğur sayıb. Çin diplmatının sözlərinə görə, ölkəsi Qazaxıstandan Çinin Urumçi və Lançou istiqamətlərində gedən dəmir you xəttinə çox diqqət yetirir.
Çini bu layihəni həyata keçirməyə Bakı-Tiflis-Qars (BTQ) dəmir yolunun tezliklə açılacağı həvəsləndirir. BTQ işə düşdükdən sonra Çində Avropaya gedən yüklərin nəql müddəti 2 dəfə azalacaq. Hazırda yüklər Çindən Londona təxminən 1 ay müddətə gedir.
2007-ci il noyabr 21-də Bakı -Tiflis - Qars dəmir yolunun tikintisinin təməli qoyulub. Dəmiryolu vasitəsi ilə Azərbaycan beynəlxalq nəqliyyat dəhlizlərinə və Türkiyəyə birbaşa gediş əldə edəcək. Dəmiryolu ilə bir günə Qarsa və iki gün yarıma İstanbula getmək mümkün olacaq. Bakı-Tbilisi-Qars dəmiryolu Bakı-Tiflisi-Ceyhan boru xəttindən sonra Azərbaycanın iqtisadiyyatını daha da inkişaf etdirəcək. Azərbaycanın ilk illərdə tranzitdən minimal illik gəliri 50 mln. dollar təşkil edəcək.
anspress
"20 Yanvar" dairəsində yenilik olacaq - VİDEO
Prezident onları təltif etdi - ADLAR
Bakıda yeni svetoforlar quraşdırıldı - VİDEO
Yeni radar sistemi hazırlandı: Saniyədə 18 dəfə ölçmə aparır – VİDEO
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO
Yeni Yasamaldan Kənar Dairəvi yola birbaşa çıxış olacaq - Tunel tikiləcək - VİDEO
Bu yolda işıqfor quraşdırıldı - FOTO - VİDEO















