Xırdalan dairəsində nəqliyyatın hərəkəti bərpa edilib

Bakı-Quba-Rusiya sərhədi avtomobil yolunun 11-ci kilometrliyində yerləşən Xırdalan dairəsində aparılan təmir-tikinti işləri qısa zaman kəsiyində yekunlaşdırılıb. Bu barədə Avtosfer.az-a Nəqliyyat Nazirliyinin "Azəryolservis" ASC-dən məlumat verilib.
Məlumata görə, artıq dairə və yan yollar tam yeni görkəmdə sürücülərin ixtiyarına verilib.
Sözügedən ərazidə köhnə asfalt-beton örtüyünün üst qatı qaşınaraq ərazidən daşınıb, yerinə yeni asfalt-beton örtüyü döşənib. Ümumilikdə, dairədə və dairəyə giriş-çıxış yollarında 16 min kv. metrdən çox asfalt-beton örtüyü döşənib.
“Azəryolservis” paytaxtın bəzi küçə və prospektlərində təmir işləri ilə əlaqədar yaranan müvəqqəti narahatlığa görə sürücülərdən üzr istəyir və görülən işlərə anlayışla yanaşmalarını xahiş edir.
Xatırladaq ki, “Azəryolservis” ASC tərəfindən I Avropa Oyunları öncəsi nəqliyyat vasitələrinin rahat və maneəsiz hərəkətini təmin etmək məqsədilə paytaxtın bəzi küçə və prospektlərində təmir-tikinti işləri həyata keçirilir.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq















