Yeni avtobuslar xəttə buraxılır - VİDEO

“Baku Bus” MMC-ə məxsus yeni avtobuslar sentyabrın 1-dən etibarən hissə-hissə xəttə buraxılacaq. Əsasən şəhərin mərkəzi hissəsində marşrut xəttinə 300 avtobusun növbəli şəkildə istifadəyə verilməsinin səbəbini Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov belə izah edir: “Bu işlər sentyabrın 1-dən etibarən mərhələli bir şəkildə həyata keçiriləcək. Məsələn, bir gündə iki-üç avtobus birdən xəttə buraxılacaq. 10-15 gün keçdikdən sonra bu proses yenidən təkrarlanacaq, yəni xəttə daha iki-üç avtobus buraxılacaq. Bu işlər inqilabi yolla deyil, məhz təkminləşmə yolu ilə aparılacaq. Bunun müqabilində vətəndaşlar arasında ajiotaj yaranmayacaq. Çünki hər gün evdən çıxan şəxs psixoloji baxımdan dayanacaqda durarkən adət etdiyi avtobusunu görməyə öyrəşib. Birdən-birə 300 ədəd avtobusun xəttə girməsi bəzi problemlərə səbəb ola bilər. Ona görə də nəzərdə tutmuşuq ki, bu proses mərhələli şəkildə olsun”.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












