Yeni eksklüziv biznes-cet Azərbaycanda – FOTO

Azərbaycanın SW Business Aviation (Silk Way Group holdinqinə daxildir) operatoru ikinci Gulfstream G650 ultra-uzaq biznes-cetini alıb. Avtosfer.az xəbər verir ki, bu barədə bizavnews-a şirkətinin direktoru Böyükağa Quliyev danışıb. Təyyarə keçən həftənin sonunda Savannadan Bakıya uçub. Bu, Azərbaycan şirkətinin parkında bu qəbildən olan ikinci təyyarədir. Birinci təyyarə keçən ilin martında alınıb və Azərbaycan hakimiyyəti maraqlarında istismar edilir. Yeni biznes-cet çarter reyslərin yerinə yetirilməsi üçün istifadə ediləcək. B.Quliyev bildirib ki, əldə edilən təyyarə eksklüziv dizayna malikdir və uzunmüddətli uçuş üçün lazım olan hər şeyə malikdir. “Rusiyanın işgüzar aviasiyası şirkət üçün maraqlıdır və əgər biz super-orta sinifdə Rusiya sifarişçilərinə bazarda böyük təklif ilə əlaqədar daha az maraq göstəririksə, G650 - müştərilər üçün yenilikdir. Avropada G650 “çarteri” yetərincə azdır və biz, Rusiya müştərisi transqitə istiqamətində yeni laynerdə uçuşun bütün üstünlüklərini qiymətləndirəcəyinə ümid edirik”, - B.Quliyev şərh edib.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












