Yeni gəmilərin istifadəyə verilmə tarixi bəlli olub

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi tərəfindən Bakı Gəmiqayırma Zavoduna sifariş olunmuş 80 nəfərlik 3 ədəd yeni sərnişin gəmisinin tikintisi davam edir. Qurumdan verilən xəbərə görə, hər üç gəminin gövdəsi tam hazırdır, mexanizmlərin və sistemlərin quraşdırılması prosesi gedir. Bu il təhvil verilməsi planlaşdırılan ilk gəmidə yanacaq, yağ və su çənlərinin hidravlik sınaqları uğurla yekunlaşıb, üst tikili əsas göyərtəyə qaynaq olunub, baş mühərriklər də artıq yerinə quraşdırılıb. Digər iki gəminin gələn il hazır olacağı planlaşdırılır.
Gəmilərin gövdəsi polad, üst tikililəri isə alüminium materialdan hazırlanır. Yüngül materialların tətbiqi, hər birinin gücü 1895 kVt olan 2 baş mühərrikin qoyulması sərnişin gəmilərinə 40 km/saata yaxın sürət yığmağa imkan verəcək. Bu, mövcud gəmilərlə müqayisədə 2 dəfə çoxdur.
Eyni zamanda, yeni gəmilər 10 tona qədər müxtəlif göyərtə yükü də götürə biləcək. Beləliklə, neftçilərin və yüklərin dəniz platformalarına daha tez və daha rahat çatdırılması təmin ediləcək.
Fərid
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq

















