Yeni metro qatarları hər istiqamətə işləyəcək - VİDEO

Bakı Metrosuna Fransadan gətirilmiş yeni qatarlar əvvələr yalnız “İçərişəhər” “Həzi Aslanov” xətti üzrə hərəkət edirdisə, indi bu qatarlar həm də “Dərnəgül” “Həzi Aslanov” istiqamətində fəaliyyət göstərir. Gətirilən 3 yeni qatarın hər biri 5 vaqondan ibarətdir. Vaqonlarda isə əvvəlkilərdən fərqli olaraq daha mükəmməl havalandırma sistemi quraşdırılıb. Kondisioner sistemilə təchiz edilib.
“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin dediyinə görə, sözügedən qatarların bir xətt üzrə fəaliyyət göstərməsinə səbəb sınaq yürüşü idi, bu sınaq uğurla yekunlaşıb: “Yeni qatarlar sırf Avropa Oyunları ilə bağlı alınmış deyil. Bunlar Bakı metropoliteni üçün lazım olan, əvvəlcədən müqaviləsi imzalanan və sınaq məqsədilə xəttə buraxılan qatarlardır. Hazırda bu qatarla “İçərişəhər” “Həzi Aslanov”, eləcə də “Dərnəgül” istiqamətində hərəkət edirlər”.
Bundan başqa qurum rəsmisi onuda bildirdi ki, vaqon parklarında da yenilənmə işləri davam edir. Yəni nasaz qatarlar xəttdən kənarlaşdırlır. Bununla da yeni qatarların sayı artırılacaq.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












