Yeni prospekt salınıb - FOTO

"Düşmənlə bir neçə addımlıqda yaşayan, işləyən və mübarizə aparan füzulililər ölkədə həyata keçirilən mütərəqqi islahatları rayonun sosial-iqtisadi həyatına tətbiq etməklə tikinti-quruculuq, abadlıq işlərini gündən-günə genişləndirirlər. Füzuliyə gələn hər bir qonaq artıq müharibənin dağıntıları ilə üzləşmir, bu yerlərdə gözəlliyin, abadlığın şahidi olur, insanların xoş günlərinə sevinirlər. Füzulililər “abad kənd”, “abad qəsəbə”, “abad küçə” devizi ilə işləyir, sabahlarını yaradırlar. “Füzuli hər gün tikilir” desək yanılmarıq."
Avtosfer.az anspress-ə istinadən xəbər verir ki, bu fikirlər Horadiz şəhərində yeni salınmış “Gənclər prospekti”nin açılış mərasimi bildirilib. Prospektin açılış mərasimində rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilatların nümayəndələri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
A.Alıyev Horadiz şəhərində aparılan tikinti-quruculuq və abadlıq işlərindən danışıb və bildirib ki, son üç ildə Horadiz şəhərində işğal dövrü yandırılmış və dağıdılmış 6 küçədə abadlıq-quruculuq işləri görülüb, həmin küçələr əslində yenidən qurulub. Ümumi uzunluğu 15 kilometrə qədər olan həmin küçələrdə yeraltı işıq sistemi, divar və piyada səkilərinə müasir üslubda daş üzlüklər çəkilib, işıqforlar quraşdırılıb, yollar boyunca 5 mindən artıq həmişəyaşıl ağaclar əkilib. Küçələrə asfalt örtüyü salınıb, zövqlə, ustalıqla görülmüş işlər göz oxşayır. Küçələrin təmizliyi, səliqə-səhman işləri daima diqqət mərkəzində saxlanılır.
Vurğulanıb ki, ümumi uzunluğu 1,5 km olan “Gənclər prospekti”nin inşasına 2014-cü ildə başlanıb, prosbektə asfalt örtüyü salınıb, avtomobillərin fasiləsiz və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə işıqfor quraşdırılıb, qızılgül kolları, xaricdən gətirilmiş həmişəyaşıl ağaclar əkilib.
Mərasimdə çıxış edən sakinlər göstərilən diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə minnətdarlıqlarını çatdırıblar.




Sıxlığı azaltmaq üçün M2 avtobuslarında ödəniş aparatlarının sayı artırılıb - VİDEO
Bakı metrosunda tarixi yenilik: "Avtovağzal"dan bütün stansiyalara getmək mümkün olacaq
Şəhərlərdə əlçatanlıq necə təmin olunmalıdır? – Ekspert AÇIQLADI
Bakıda yeni metro stansiyası: 28-ci stansiyanın detalları AÇIQLANDI - VİDEO
Avtobusla gedənlərə ŞAD XƏBƏR: Yeni üstünlük gəldi - FOTO
Orta əsrlərdən qalma dünya xəritəsi dəyişdirilir
Qatar parkında böyük yenilənmə: Azərbaycan hansı addımları atır? – EKSPERT
Dəmir yolunun təhlükəsizliyinə nəzarət edən “ağıllı” qatar – FOTOLAR - VİDEO
Azərbaycanda yeni cərimələr TƏSDİQLƏNDİ
Maşınlara quraşdırılan bu nişanın mənasını bilirsiniz? - DİQQƏTLİ OLUN!
Bakıda bu avtobusda qiymət 65 qəpik oldu - FOTOLAR










