Yeni qatarların özəllikləri

Azərbaycan İsveçrədən yeni qatarlar alıb. Avtosfer.az regiontv-yə istinadən xəbər verir ki, qatarların 2-si artıq Bakıdadır.
Bu qatar Bakı-Sumqayıt istiqamətində hərəkət edəcək. İkimərtəbəli qatar 4 vaqondan ibarətdir. 919 sərnişin tutumuna malikdir.
Ölkəyə gətirilən "Kiss" markalı iki yeni qatarda yüksək xidmət olacaq. Sərnişinlər wi-fi sistemi, kondisioner və digər vasitələrdən istifadə edə biləcəklər. Qatarlar Avropa oyunları zamanı xəttə buraxılacaq.
Nadir Əzməmmədov - "Azərbaycan Dəmiryolları" QSC-nin mətbuat xidmətinin rəhbəri: "Qatar Bakı sərnişin stansiyasından "Koroğlu" metro stansiyasına qədər qonaqları, idmançıları sərnişinləri aparıb gətirəcək. Avropa oyunlarından sonra isə yeni qatarlar Bakı-Sumqayıt istiqamətində işləyəcək".
Bakı və Sumqayıt arasındakı məsafə 20 dəqiqə olacaq. Gediş haqqı Tarif Şurasının qərarından sonra müəyyənləşəcək. Hazırda qatarların hərəkəti üçün təmir işləri gedir. Əsaslı təmiri nəzərdə tutulan 63 km yolun 46 km-i artıq bərpa olunub.
Nadir Əzməmmədov: "Bu işlər Bakı sərnişin stansiyasında, Keşlədə, Xırdalanda gedir. Bundan əlavə yeni yol da çəkilməlidir. Orda da hazırlıq işləri gedir. Bu yol Bakı-Sumqayıt arasında olacaq ki, yəni sərnişinin birbaşa Bakıdan çıxıb Sumqayıta getməsi üçün yeni yol da çəkilməlidir".
Gələcəkdə bu qatarların Gəncə və Xaçmazda da istifadəsi planlaşdırılır. 2016-cı ildə isə daha 3 qatar gətiriləcək. Qatarların ümumi dəyəri 60-70 milyon avro civarındadır. Ödənişi 20 illik kreditlə olacaq.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












