Yeni vaqonlar gətirildi

Azərbaycan “Azərbaycan Dəmir Yolları” QSC-nin sifarişi ilə ölkəyə daha 72 yeni yük vaqonu gətirilib. Avtosfer.az xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəhbəri Nadir Əzməmmədovun anspress-ə verilən məlumata görə, bunun 50-si yarımvaqon, 22-si iritonnajlı konteyner daşıyan platforma vaqonlarıdır.
Bu günlərdə daha 50 yük vaqonunun ölkəmizə gətiriləcəyi gözlənilir.
Azərbaycan iqtisadiyyatının inkişafında çox mühüm rol oynayan Azərbaycan Dəmir Yolu beynəlxalq və regional layihələrdə iştirak etməklə öz infrastrukturunu qoruyub saxlayır.
Bu baxımdan Dəmir Yolunun vaqon parkının yenilənməsi istiqamətində atılan mühüm addımlar olduqca təqdirəlayiqdir. Yük daşımalarına olan tələbatın ödənilməsi, xidmətin səviyyəsinin daha da yüksəldilməsi, əlavə yüklərin cəlb olunması və daşınan yüklərin mənzil başına təhlükəsiz şəraitdə çatdırılması üçün texniki vasitələrin yeniləşdirilməsi zamanın tələbidir. Bu həm də əlavə valyuta resurslarının Azərbaycan iqtisadiyyatına yönəldilməsi deməkdir.
Xatırladırıq ki, bu ilin mart ayında “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov Rusiya Federasiyasının F. Dzerjinski adına “Uralvaqonzavod” Elmi-İstehsal Korporasiyasının baş direktoru Oleq Sienko ilə görüşmüş, görüşdə “Uralvaqonzavod”dan 2900 müxtəlif təmayüllü yük vaqonunun alınması ilə bağlı müqavilə imzalanmışdır.
Bundan əvvəl 25 aprel 2015-ci ildə “Azərbaycan Dəmir Yolları”nın sifariş etdiyi yarımvaqon tipli 50 yük vaqonu ölkəmizə gətirilib.



Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












