Yeni yol sürücülərin ixtiyarına verildi - FOTO

Bakıda nəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətini təmin etmək məqsədilə Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən işlər davam etdirilir. Bu məqsədlə Atatürk prospekti ilə Həsən Əliyev küçəsinin kəsişməsində yerləşən yol ötürücüsünün üzərində yeni yol hissəsi salınıb. ASC-dən Avtosfer.az-a verilən məlumata görə, yeni yol hissəsi bu gündən etibarən sürücülərin ixtiyarına verilib. Nəqliyyat vasitlərinin geri dönmələri üçün salınan yol hissəsi tıxacların aradan qaldırılması üçün atılan məqsədyönlü addımların tərkib hissələrindən biridir.
Görülən işlər nəticəsində yolun hərəkət hissəsi nəzərə çarpacaq dərəcədə genişləndirilib. Əraziyə yeni asfalt-beton örtük döşənib. Yeni salınmış yol hissəsində hərəkəti tənzimləmək üçün müvafiq yol nişanları quraşdırılıb və səki daşları düzülüb.
Bundan öncə nəqliyyat vasitələri geri dönmə əməliyyatını həyata keçirmək üçün uzun bir məsafə qət etməli idilər. Bu isə həm vaxt itkisinə, həm də həmin istiqamətdə sıxlığın yaranmasına gətirib çıxarırdı. Həsən Əliyev küçəsi ilə hərəkətdə olan nəqliyyat vasitələri artıq yeni yol hissəsindən geriyə dönməklə rahat və maneəsiz şəkildə hərəkətlərinə davam edə bilərlər.
Qeyd edək ki, nəqliyyat sıxlığını aradan qaldırılıb, nəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətini təmin etmək məqsədilə işlər Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi ilə birgə aparılır.
Elmin
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
















