Yollarda yağış-kanalizasiya sistemi qurulur - FOTO

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən 2015-2016-cı illər payız-qış mövsümünə hazırlıq, avtomobil yollarının və yol qurğularının normal istismarını, hərəkətin fasiləsizliyini və təhlükəsizliyini təmin etmək məqsədilə hazırlanan tədbirlər planına uyğun olaraq işlər aparılır. Bu işlər çərçivəsində Heydər Əliyev prospektinin “Sabunçu yol qovşağı”ndan (Komsomol dairəsi) Bakıxanov qəsəbəsinə gedən yolda səth sularının normal kənarlaşdırılması üçün yağış-kanalizasiya sisteminin qurulmasına işlərinə start verilib. "Azəryolservis" ASC-nin mətbuat katibliyindən Avtosfer.az-a verilən məlumata görə, yağış-kanalızasiya sisteminin qurulması üçün yolun kənarı 1,5-3,5 metr dərinlikdə qazılıb. Səth sularının normal axıdılması üçün 400 millimetr diametrlik borudan istifadə olunur, hər 25-30 metrdən bir kanalizasiya quyuları qoyulur. Bundan sonra qazılan ərazinin üstü bərkidilərək, asfaltlanacaq və quyuların üzərinə yağış barmaqlıqları qoyulacaq.
İşlər tərtib olunmuş qrafikə uyğun yüksək keyfiyyətlə aparılır. Bunun üçün əraziyə Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən lazımi sayda qüvvə cəlb olunub. İşlərin tez bir zamanda yekunlaşdırılması planlaşdırılır. Yaranmış müvəqqəti narahatçılığa görə, cəmiyyət vətəndaşlardan üzr istəyir.
Qeyd edək ki, sözügedən ərazidə səth sularının normal kənarlaşdırılması üçün yağış-kanalizasiya sistemi olmadığı üçün həm yağış yağarkən, həm də yolun kənarlarındakı yaşıllıq suvarılarkən axıdılan su yolun hərəkət hissəsinə yığılırdı. Bu isə həm nəqliyyat vasitələrinin hərəkətinə mane olurdu, həm də yolun asfalt-beton örtüyünün yuyulmasına səbəb olurdu. Məhz bütün bunlar nəzərə alınaraq həmin yolda “Azəryolservis” ASC tərəfindən yağış-kanalizasiya sisteminin qurulması işlərinə start verildi.
Elmin
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
















