Yollarda yeni elektron tablolar quraşdırıldı – SÜRÜCÜLƏRƏ XƏBƏR

Bakıda Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi I Avropa Oyunları ilə bağlı yeni elektron tablolar tətbiq edib. Avtosfer.az İCTnews-a istinadən xəbər verir ki, bu haqda məlumatı Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov yayıb. Məlumata görə, yeni elektron tablolardan sürücü eyni anda 5-6 məlumatı birdən əldə edəcək. Belə ki, onlar bu tablolar vasitəsilə yoldakı vəziyyəti, sürət həddini, havanın temperaturunu, vaxtı, küləyin sürətini və bir neçə məlumatı görə biləcəklər.
N.Həsənov əlavə edib ki, bununla bağlı Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzində (NİİM) ümumi izləmə monitoru artıq yenilənib. Bu monitorlar daha böyük olmaqla sürücülərin onu daha aydın görməsinə şərait yaradır. Həmçinin belə bir tablolar Bakının şimal və cənub girişində də qurulub ki, paytaxta daxil olan sürücülərə istiqaməti və əlavə məlumatlandırılmada kömək olur.
Qeyd edək ki, yeni quraşdırılan tablolardakı sarı işıq yoldakı sıxlığı, qırmızı işıq tıxacı, yaşıl işıq isə yolun boş olduğunu göstərir.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












