Ziya Bünyadovdan “Bakı dairəvi-1” yoluna birbaşa yol çəkiləcək

Azərbaycan Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının növbəti iclası olub. Avtosfer.az-ın xəbərinə görə, Komissiyadan azərtac-a bildiriblər ki, paytaxtda nəqliyyatın hərəkətinin tənzimlənməsi üçün Azərbaycanın Nəqliyyat Nazirliyinə “Bakı dairəvi-1” yoluna Ziya Bünyadov prospektindən birbaşa yolun inşası ilə bağlı təklifini 10 gün müddətində Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasına təqdim etmək tapşırılıb. Bundan başqa, Nəqliyyat Nazirliyi, Daxili İşlər Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti aidiyyəti orqanlarla razılaşdırmaqla, Bakı şəhərinin avtomobil yollarında piyadaların təhlükəsiz və sərbəst keçidinin təmin olunması üçün yüngül konstruksiyalı yerüstü piyada keçidlərinin tikintisi zəruri olan yerləri müəyyənləşdirməli və həmin keçidlərin inşası üzrə layihələri 1 ay müddətində Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasına təqdim etməlidirlər.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












