Ziya Məmmədov: "1200 sürücü treninqlərə cəlb olundu"

Bakı Avropa Oyunları Əməliyyat Komitəsinin tələblərinə müvafiq olaraq 800 avtobus sürücüsü, 1200 taksi və minik avtomobili sürücüsü, depo və dispetçer işləri üçün 315 nəfərlik heyət hazırlanaraq, nəzəri treninqlərə cəlb ediliblər. Автосфер.аз-ыn məlumatına görə, bunu Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxış edən nəqliyyat naziri Ziya Məmmədov bildirib. Onun sözlərinə görə, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyevanın rəhbərliyi ilə yaradılmış Təşkilat Komitəsi tərəfindən qarşımızda qoyulmuş vəzifələrin icrası üçün zəruri tədbirlər görülür: "İdman obyektlərini əlaqələndirən əsas marşrut kimi müəyyən edilmiş Ziya Bünyadov prospektində yenidənqurma işləri başa çatdırılmışdır. Hazırda prospektin və Bakı Dairəvi-1 yolunun İntellektual Nəqliyyat Sisteminə qoşulması işləri aparılır. Milli Gimnastika Arenasının, Bakı Kristal Zalın, Veloparkın, Tofiq Bəhramov adına Respublika Stadionunun, Beynəlxalq Yayım Mərkəzi kimi istifadə olunacaq “Bakı Ekspo” Mərkəzinin giriş-çıxış yolları da hazır vəziyyətə gətirilmişdir.
Məşəl Proqramına müvafiq olaraq Suraxanı rayonunda Səttar Bəhlulzadə və Atamoğlan Rzayev küçələrinin təmiri bu ayın 15-dək başa çatdırılacaq. Həmçinin Bakı Atıcılıq Mərkəzindən Bakı Dairəvi-1 yoluna birbaşa çıxışı təmin edən 1 kilometrlik yeni yolun və yol üzərində ikicərgəli hərəkət hissəsi olan 445 metr uzunluğunda dayaqlar üzərində körpünün tikintisi may ayında yekunlaşacaqdır. Bakı Olimpiya Stadionunda ictimai nəqliyyat terminalının, Atletlər Kəndinin yaxınlığında avtobus meydançasının, Media Kəndində nəqliyyat terminalının, o cümlədən Avropa oyunları parkının və digər yarış və mühüm qeyri-yarış obyektlərinin giriş-çıxış yollarında işlər tamamlanmaq üzrədir. Avropa Oyunlarının açılış və bağlanış tədbirlərinin keçiriləcəyi Olimpiya Stadionu ərazisində və Böyükşor dairəsində yeni yolun, körpünün, piyada keçidlərinin tikintisi və Heydər Əliyev prospektində təmir işləri yaxın müddətdə başa çatdırılacaqdır. Əsas Marşrut Şəbəkəsinin (47 km) Oyunlara aid yol nişanları və Oyunların loqosu əks olunan zolaqlar ilə təmin edilməsi istiqamətində hazırlıq görülür və bu ay işlərə başlanılacaqdır.
Oyunlar zamanı nəqliyyat əməliyyatları Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən idarə olunacaq. Bu məqsədlə aidiyyəti dövlət orqanlarının və Bakı Avropa Oyunları Əməliyyat Komitəsinin nümayəndələrindən ibarət İdarəetmə və Nəzarət qərargahı yaradılır. Bakı Avropa Oyunları Əməliyyat Komitəsinin tələblərinə müvafiq olaraq 800 avtobus sürücüsü, 1200 taksi və minik avtomobili sürücüsü, depo və dispetçer işləri üçün 315 nəfərlik heyət hazırlanaraq, nəzəri treninqlərə cəlb edilmişlər. Sürücülər üçün vahid geyim forması sifariş verilmişdir. Qonaqlara nəqliyyat xidmətlərinin təşkili məqsədilə 650 ədəd yeni taksi və minik avtomobilləri alınmışdır. Tamaşaçıların və digər müştəri qruplarının daşınması məqsədilə ekspress avtobus marşrutları müəyyən edilib. Həmçinin oyunların keçiriləcəyi Mingəçevir şəhərində nəqliyyatın üzərinə düşən öhdəliklərlə əlaqədar müvafiq tədbirlər müəyyən edilmiş və icrası vaxtında təmin olunacaqdır".
“Xaliq Faiqoğlu” 77 saylı xəttin avtobuslarını yenilədi - VİDEO
Murovdağ tuneli Azərbaycanın nəqliyyat xəritəsini dəyişəcək – EKSPERT
Bulvarda elektrikli faytonlarla gəzintilər təşkil olunur - Qiyməti 40 manatdır - VİDEO
Bakının bu küçəsində hərəkət qaydası dəyişdi - Sürücülərin DİQQƏTİNƏ - VİDEO
“Koroğlu” istiqamətində cərimələnə bilərsiz - Sürücülərin diqqətinə! - VİDEO
“Koroğlu”da yeni hərəkət zolağı yaradılır - FOTO
Qaydaları pozan taksi sürücüləri DRONLARLA İZLƏNİLİR - Qəfil yoxlamalar keçirilir
Taksilərlə bağlı YENİLİK - ARTIQ BU CÜR OLACAQ
Sürücülərin diqqətinə! - Qayda dəyişdi; bundan sonra belə olacaq
Bakıda tıxacları azaldacaq YENİ AVTOMOBİL YOLU çəkilir - VİDEO
“Nərimanov”da avtobuslar üçün mübadilə mərkəzi yaradılır - FOTOLAR










