Ziya Məmmədov yolların keyfiyyətsiz çəkilməsindən danışdı

Bu gün Nəqliyyat Nazirliyində Azərbaycanın nəqliyyat-yol kompleksinə daxil olan sahələr üzrə 2015-ci ilin 8 ayı ərzində yerinə yetirilən işlərin yekunlarına, nəqliyyat-yol kompleksi üzrə 2016-cı ilin büdcə və proqnoz göstəricilərinə və digər məsələlərə həsr olunmuş müşavirə keçirilib. Avtosfer.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, nəqliyyat naziri Ziya Məmmədovun rəhbərliyi ilə keçiriliən müşavirədə vurğulanıb ki, Prezident İlham Əliyevin uğurlu fəaliyyəti sayəsində hazırda ölkəmiz bütün sahələrdə böyük nailiyyətlərə imza atır, iqtisadi inkişaf tempinə görə dünyada lider dövlətlər sırasında durur. Nəqliyyat nazirinin müavini Musa Pənahov 2015-ci ilin 8 ayı ərzində nəqliyyat sektorunda aparılmış islahatlar, görülmüş işlər barədə danışıb. Müşavirədə "Azəryolservis" Açıq Səhmdar Səmiyyətinin sədr əvəzi Saleh Məmmədovun, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Elnur Abdullayevin, Bakı Beynəlxalq Dəniz Ticarəti Limanının baş direktoru Taleh Ziyadovun hesabatları dinlənilib.
Nəqliyyat naziri Z.Məmmədov daha sonra çıxışında vurğulayıb ki, sentyabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyevin yanında keçirilən iqtisadi məsələlərə və 2016-cı ilin dövlət büdcəsinin hazırlığı işlərinə həsr edilmiş müşavirədə nəqliyyat sektoruna aid səsləndirilmiş iradlar bundan sonrakı fəaliyyətimizin əsas istiqaməti olmalıdır.
Müşavirədə avtomobil yollarının tikintisi ilə məşğul olan şirkətlərin nümayəndələri də iştirak edib və Z.Məmmədov bəzi yol layihələrinin icra müddətinin gecikdirilməsi, həmçinin yolların lazımi keyfiyyətdə çəkilməməsi ilə bağlı ciddi iradlarını bildirib, yarımçıq qalmış layihələrin bu ilin sonunadək başa çatdırılması barədə tapşırıqlar verib.
Müşavirədə, həmçinin nazirliyin tabelində fəaliyyət göstərən digər qurumların da fəaliyyətində irəliləyişlərin olmasına baxmayaraq, hələ də qüsurların olduğu, dəmiryolda, eləcə də taksi və avtobuslarla sərnişindaşımada bəzi problemlərin hələ də həll edilmədiyi vurğulanıb və şəhər nəqliyyatının işinin tənzimlənməsi üzrə qısa müddət ərzində sistemli tədbirlər görülməsi ilə bağlı tapşırıqlar verilib.
Elmin
DSX-də generalların yeri dəyişdi - Müzəffər Pirizadə Elçin Quliyevin müavini oldu
Bakıda 6 ekspres marşrut fəaliyyətə başladı - İlk və son dayanacaqlar - VİDEO
Sabahdan ekspres marşrutlar fəaliyyətə başlayır - VİDEO
Naxçıvan dəmir yolu Ermənistan sərhədinə çatır: Böyük layihənin DETALLARI
“Azərbaycandan İrana ikinci dəmir yolu xətti açılacaq” - VİDEO
Metrodakı yenilik: "Taksilərə tələb artacaq, tıxac yaranacaq"
Belçikadakı səfirimiz geri çağırıldı - YENİ TƏYİNAT
“28 May”–“Nizami” istiqamətində yeni ekspres avtobuslar işə düşür: Gedişhaqqı açıqlandı
Bakı və Sumqayıtda dəmir yolları çəpərlənəcək - YENİ QAYDALAR
Bakıda fəaliyyət göstərəcək ekspres avtobusların SİYAHISI - VİDEO
Sürücüsüz avtomobillər gəlir: Təhlükəsizlik necə qorunacaq? - AYNA sədri DETALLARI AÇIQLADI










