Mehdiabadın mərkəzi yolunda sürücülər və piyadalar taleyin ümidinə qalıb - VİDEO

Yol nişanları 29 İyun 2026 14:00
Mehdiabadın mərkəzi yolunda sürücülər və piyadalar taleyin ümidinə qalıb - VİDEO
WhatsApp kanalımıza abunə olun

Paytaxtın Mehdiabad qəsəbəsi, 28 May küçəsində, "Araz" marketin yaxınlığında yerləşən piyada keçidində ciddi təhlükəsizlik problemi yaşandığı iddia olunur.

Avtosfer.az-a şikayət edən sakinlərin sözlərinə görə, piyada keçidini bildirən yol nişanı ağacların budaqları arasında qaldığı üçün sürücülər tərəfindən vaxtında görünmür. Bundan əlavə, yolda piyada keçidini göstərən nişanlanma xətləri silinib və uzun müddətdir yenilənmir.

Şikayətçilər bildirir ki, hətta bu çatışmazlıqlar aradan qaldırılsa belə, əksər sürücülər həmin piyada keçidində piyadalara yol vermir. Bu vəziyyət hər gün insanlar üçün təhlükə yaradır.

Vətəndaşlar aidiyyəti qurumları məsələyə operativ reaksiya verməyə çağıraraq, piyada keçidində yol nişanının görünən vəziyyətə gətirilməsini, üfüqi nişanlanma xətlərinin yenilənməsini və qayda pozan sürücülərin aşkarlanması üçün əraziyə nəzarət kamerasının quraşdırılmasını təklif edir. 

Eltac Zülfüqaroğlu

Oxunub : 446
ŞƏRH YAZ
Ad

E-mail

Şərh