Bu küçədə avtobus zolağına girmək olar, yoxsa yox? – Ekspert aydınlıq gətirdi – VİDEO

Paytaxtın Yusif Səfərov küçəsində, Sevgi parkının yaxınlığında nəqliyyatın hərəkətinin təşkili ilə bağlı yaranan vəziyyət sürücülər arasında narazılığa səbəb olur.
Avtosfer.az xəbər verir ki, nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, 8-ci Zavod küçəsindən Yusif Səfərov küçəsinə çıxan avtomobillərin bir hissəsi sağdakı hərəkət zolağına daxil olmaq əvəzinə birbaşa ikinci zolağa keçməyə çalışır. Bu isə həmin ərazidə nəqliyyatın sıxlaşmasına və əlavə tıxacların yaranmasına səbəb olur.
Ekspertin sözlərinə görə, mövcud yol nişanlanmasına əsasən sürücülər əvvəlcə sağdakı hərəkət zolağına, yəni avtobus zolağına daxil ola, daha sonra isə qırıq-qırıq nişanlanmış 1.11 xətti vasitəsilə digər hərəkət zolağına keçə bilərlər.
“Bu ərazi Sevgi parkının yaxınlığında yerləşir. 8-ci Zavod küçəsindən gələn sürücülər birinci sağ zolağa daxil olmaq əvəzinə, birbaşa ikinci zolağa çıxmağa çalışırlar. Nəticədə nəqliyyat axını ləngiyir və tıxac yaranır. Halbuki, sürücülər əvvəlcə sağ zolağa daxil olub, qarşıdakı 1.11 qırıq-qırıq xəttindən istifadə etməklə avtobus zolağını tərk edə bilərlər”, – deyə Eldəniz Cəfərov qeyd edib.
Bəzi sürücülər avtobus zolağına daxil olduqları halda cərimələnəcəklərini düşündükləri üçün bu manevrdən çəkinirlər. Nəticədə onlar birbaşa ikinci zolağa keçməyə çalışır və bu da həm nəqliyyatın hərəkətinə, həm də ictimai nəqliyyat vasitələrinin fəaliyyətinə mənfi təsir göstərir.
Yol nişanlanmasının icazə verdiyi hallarda avtobus zolağına daxil olmaq qayda pozuntusu hesab edilmir. Əksinə, sürücülərin yolun təşkilinə uyğun hərəkət etməsi nəqliyyat axınının daha səmərəli idarə olunmasına kömək edir.
Eldəniz Cəfərov hesab edir ki, bu kimi ərazilərdə sürücülərin məlumatlandırılması, yol nişanlanmasının daha aydın şəkildə göstərilməsi və izah işlərinin aparılması nəqliyyat sıxlığının azalmasına, həmçinin avtobusların maneəsiz hərəkətinin təmin olunmasına müsbət təsir göstərə bilər.
Eltac Zülfüqaroğlu
Zabratda yeni asfalt çəkilən yolda təhlükəli vəziyyət yaranıb: Sakinlər narazıdır - VİDEO
Bakıda yol nişanı elan lövhəsinə çevrilib: ŞİKAYƏT - FOTO
Sürücülərin NƏZƏRİNƏ: Bakının bu küçəsində yol nişanı dəyişdi - VİDEO
Yol polisinin kol dibində gizlənməsinə icazə verildi – ÖZBƏKİSTANDA
Sürücülərə şad xəbər: Cəriməyə səbəb olan nişan dəyişdirildi - VİDEO
"Yol nişanlarında "Stop"u "Toxta" ilə əvəzləyək" - Hikmət Babaoğlu
Təbriz küçəsində təhlükəli mənzərə: Təmir ərazisində yol nişanları niyə yoxdur? - VİDEO
Sürücülərin çoxu bu yol nişanının mənasını bilmir – DİQQƏTLİ OLUN!
Bu yolda nişanlar dəyişdirildi: Cərimə oluna bilərsiniz - VİDEO
Dəyişiklik nələrə səbəb oldu?: Çaşqınlıq yaradan vəziyyət - VİDEO
8 Noyabr prospektində sürücülər nişanı saymayıb yolayrıcında xaos yaradırlar - VİDEO












