Bu küçədə səki illərdir parkinqə çevrilib - FOTO

Şəkildə əks olunan ərazi avtomobil yolu deyil, piyadalar üçün nəzərdə tutulmuş səki hissəsidir. Lakin mövcud vəziyyət tamamilə fərqlidir. Reallıqda bu səki parkinqə çevrilib və piyadaların hərəkəti avtomobillərin arasında, yolun ortasına sıxışdırılıb.
Avtosfer.az xəbər verir ki, Bakının Nərimanov rayonu Əhməd Rəcəbli küçəsinin böyük bir hissəsi avtomobillər üçün parkinqə çevrilib. Uzun illərdir davam edən bu proses artıq piyadalar üçün də adi hala çevrilib. Lakin müşahidələr göstərir ki, səkinin bu formada istifadəsi piyadaları birbaşa risk altına salır. Vətəndaşlar uşaq arabası ilə, əlil arabasında hərəkət edən şəxslərlə və ya yaşlı valideynləri ilə birlikdə təhlükəli şəkildə avtomobil axınına qarışmağa məcbur qalırlar. Bu isə artıq sadəcə rahatlıq problemi deyil, açıq-aşkar təhlükəsizlik məsələsidir.
Bəzi sürücülər niyə klassik avtomobillərdən istifadəyə maraqlıdır? - ARAŞDIRMA
Belə hallarda küçə öz əsas funksiyasını itirir. Səki avtomobillər üçün dayanacaq yox, piyadalar üçün hərəkət məkanıdır. Avtomobilin rahatlığı piyadanın təhlükəsizliyindən üstün tutulduqda şəhər mühiti “insan ölçüsünü” itirir və ictimai məkan öz mahiyyətini dəyişir.
Qeyd olunur ki, problemin həlli yolları kifayət qədər aydındır. Səkinin fiziki qorunması üçün baryerlərin və bordürlərin quraşdırılması, parkinqin düzgün təşkili və bu sahədə effektiv nəzarət mexanizminin tətbiqi vacib hesab olunur. Əks halda, piyadaların hüquqları davamlı şəkildə pozulmaqda qalacaq.
Vurğulanır ki, bu cür mənzərəyə yalnız sözügedən ərazidə deyil, paytaxtın digər küçə və prospektlərində də rast gəlinir. Şəhər mühitində piyada sərbəst və təhlükəsiz şəkildə hərəkət edə bilmirsə, belə bir şəhərin funksional və yaşanılan olması ciddi sual altına düşür.
Eltac Zülfüqaroğlu

"Yol nişanlarında "Stop"u "Toxta" ilə əvəzləyək" - Hikmət Babaoğlu
Təbriz küçəsində təhlükəli mənzərə: Təmir ərazisində yol nişanları niyə yoxdur? - VİDEO
Sürücülərin çoxu bu yol nişanının mənasını bilmir – DİQQƏTLİ OLUN!
Bu yolda nişanlar dəyişdirildi: Cərimə oluna bilərsiniz - VİDEO
Dəyişiklik nələrə səbəb oldu?: Çaşqınlıq yaradan vəziyyət - VİDEO
8 Noyabr prospektində sürücülər nişanı saymayıb yolayrıcında xaos yaradırlar - VİDEO
Minik maşınlarının bu yola girişi qadağan edildi: 3 bal 100 manat cəriməsi var - VİDEO
Bu yolda sağ zolaqla hərəkət edən sürücülərin diqqətinə: Cərimə yazıla bilər - VİDEO
“Koroğlu”da yeni nişan quraşdırıldı - 100 manat 2 bal CƏRİMƏ - VİDEO
Şəkidə yarımçıq təmir sürücüləri əks yola çıxmağa məcbur edir: “Sağ-sol” edib keçirlər - VİDEO
Yeni çəkilən zolaq sürücülərə çətin anlar yaşadır - VİDEO












