Ödənişli yolda radar və müşahidə kameraları quraşdırılıb - RƏSMİ AÇIQLAMA

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunda yeni radarlar və müşahidə kameraları quraşdırılıb. Avtosfer.az “Azərtac”a istinadən xəbər verir ki, ödənişli yolda maksimal sürət həddi, radar və müşahidə kameralarını göstərən yol nişanları cari ilin yanvar ayında quraşdırılmışdı. Radarlar və xüsusi texniki vasitələrin quraşdırılmasına isə ötən həftədən başlanılıb. Quraşdırılan texniki vasitələr hazırda test rejimində işləyir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) 20 nömrəli Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin direktoru Mirqiyas Kazımov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, yolda radar və müşahidə kameralarının quraşdırılması işləri bir ay ərzində yekunlaşacaq. Proses Daxili İşlər Nazirliyinin müvafiq qurumu tərəfindən həyata keçirilir.
Mirqiyas Kazımovun sözlərinə görə, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 129 kilometrlik ödənişli hissəsində 20-yə yaxın məntəqədə radarlar və xüsusi texniki vasitələrin quraşdırılması nəzərdə tutulub. Ödənişli yolda sürət həddinin artırılması ilə bağlı təkliflər də müzakirə olunur.
Hazırda yolda ən yüksək sürət həddi qanunvericiliyə uyğun olaraq 110 km/saatdır. Yolun başlanğıc nöqtəsi - Yeni Yaşma ödəmə məntəqəsindən, son nöqtəsi - Yeni Sudur ödəmə məntəqəsinədək olan hissəsində bütün yolboyu sürət həddini göstərən nişanlara rast gəlmək olar.
"Yol nişanlarında "Stop"u "Toxta" ilə əvəzləyək" - Hikmət Babaoğlu
Təbriz küçəsində təhlükəli mənzərə: Təmir ərazisində yol nişanları niyə yoxdur? - VİDEO
Sürücülərin çoxu bu yol nişanının mənasını bilmir – DİQQƏTLİ OLUN!
Bu yolda nişanlar dəyişdirildi: Cərimə oluna bilərsiniz - VİDEO
Dəyişiklik nələrə səbəb oldu?: Çaşqınlıq yaradan vəziyyət - VİDEO
8 Noyabr prospektində sürücülər nişanı saymayıb yolayrıcında xaos yaradırlar - VİDEO
Minik maşınlarının bu yola girişi qadağan edildi: 3 bal 100 manat cəriməsi var - VİDEO
Bu yolda sağ zolaqla hərəkət edən sürücülərin diqqətinə: Cərimə yazıla bilər - VİDEO
“Koroğlu”da yeni nişan quraşdırıldı - 100 manat 2 bal CƏRİMƏ - VİDEO
Şəkidə yarımçıq təmir sürücüləri əks yola çıxmağa məcbur edir: “Sağ-sol” edib keçirlər - VİDEO
Yeni çəkilən zolaq sürücülərə çətin anlar yaşadır - VİDEO












